Cari ilin üçüncü rübündə Gürcüstanın dəmir yolu nəqliyyatı
vasitəsilə daşınan yüklərin həcmində Azərbaycanın payı 1,7 faiz
artıb.
AZƏRTAC xəbər verir ki,
bu barədə Gürcüstan Milli
Statistika xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə
Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 32 faizi
Azərbaycandan, 29,1 faizi isə Rusiyadan göndərilib. Rüblük
müqayisədə Azərbaycanın payı 1,7 faiz artıb.
Ümumiyyətlə
isə bu ilin III rübündə Gürcüstanın dəmir yolu
nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi illik müqayisədə 1,4
faiz azalaraq 3,5 milyon ton təşkil edib. Hesabat dövründə daşınan
yüklərin 9,5 faizi ölkədaxili, 32,4 faizi beynəlxalq, 58,1 faizi
isə tranzit daşımaları olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415