Helsinki Komissiyası Gürcüstanda “kamit” adlı maddənin istifadəsi ilə bağlı məlumatların araşdırılmasını və məsul şəxslərə sanksiyaların tətbiq edilməsini tələb edib

ABŞ Konqresinin nümayəndələri – senator Rojer Uikerin, konqresmen Con Uilsonun,

senator Şeldon Uaythausun və konqresmen Stiv Koenin adından – “Helsinki Komissiyası”nın bəyanatı ilə Gürcüstan hökumətindən dinc nümayişçilərə qarşı kimyəvi maddənin (BBC-nin araşdırmasına görə – Birinci Dünya Müharibəsi dövrünə aid maddə) tətbiqi barədə yayılmış məlumatların təcili şəkildə yoxlanılmasını tələb edirlər.

Komissiyanın qiymətləndirməsi və tələbləri

“Helsinki Komissiyası” bu

məlumatları “dərin narahatlıq doğuran” adlandırır və bildirir ki, “bu kimyəvi hücumlar” nəticəsində zərərçəkənlər arasında yanıq xəsarətləri və uzunmüddətli sağlamlıq fəsadları yaranıb ki, bu da insan hüquqlarının pozulmasıdır.

Komissiya nümayəndələri ABŞ hökumətini və demokratik müttəfiqləri aşağıdakılara çağırır:
• yayılmış məlumatları araşdırsınlar;
• günahkar şəxslərə müvafiq sanksiyalar tətbiq etsinlər;
• Gürcü xalqının azadlıq uğrunda mübarizəsini dəstəkləyən MEGOBARI aktını qəbul etsinlər.

Komissiya hesab edir ki, bu cür davranışla “Gürcü Arzusu”nun yeri “Rusiya və Çinin korrupsiyalaşmış hakimlərinin liqasıdır”.

“Gürcü Arzusu”nun reaksiyası

BBC-nin jurnalistik araşdırmasına (1 dekabrda yayımlanıb) cavab olaraq, “Gürcü Arzusu” BBC-yə qarşı beynəlxalq məhkəmələrdə hüquqi mübarizəyə başlayacağını bəyan edib.

Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “xarici təşkilat üçün düşmən fəaliyyətinə yardım” maddələri ilə cinayət işi başladıb. DTX BBC-nin araşdırma filmində iştirak etmiş şəxsləri (həkimlər və vətəndaş cəmiyyəti nümayəndələri) dindirilməyə çağırıb.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google