Qela Barkalaianın evində quldurluq hadisəsi ilə bağlı 2 nəfər saxlanılıb

Polis Saquramoda qrup halında törədilmiş quldurluqla bağlı iki nəfəri saxlayıb.

Saxlanılanlar əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü G.J. və 1978-ci il təvəllüdlü L.M-dır. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən olub ki, Mtsxeta bələdiyyəsinin Saquramo kəndində təqsirləndirilənlər evdə tək olan 1956-cı il təvəllüdlü V.X.-ə hücum edib, onu döyüblər və öldürməklə hədələyərək pul tələb ediblər. V.X.-nin bədənində müxtəlif

xəsarətlər var və tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdirilib.

“TV Pirveli”-nin məlumatına görə, quldurluq biznesmen Qela Barkalaianın evlərindən birində baş verib. Barkalaia və ailə üzvləri evdə olmayıb. Ailənin köməkçisi və xadimə də döyülüblər. 

Qela Barkalaianın özü də “Pirveli”-yə quldurluq hadisəsini təsdiqləyib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin II və III hissələrinin “b” bəndi ilə aparılır, bu da 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.


 

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google