Qiorqi Qaxarianın “Qaxaria Gürcüstan üçün” partiyası 2024-cü
ilin noyabr–dekabr aylarında Gürcüstanda keçirilən
toplantılar və aksiyalar zamanı hüquq-mühafizə orqanlarının
vəzifəli şəxsləri və əməkdaşları tərəfindən istifadə olunan xüsusi
vasitələrin qanuniliyini araşdıracaq parlamentin müvəqqəti istintaq
komissiyasının yaradılmasını təşəbbüsünü irəli sürüb.
Partiyanın açıqlamasına görə, istintaq komissiyası vətəndaşlara
araşdırmanın obyektivliyini şəxsən qiymətləndirmək, onları narahat
edən suallara cavabları canlı yayımda dinləmək imkanı
verən yeganə
mexanizmdir.
“Beynəlxalq mediada ‘Gürcü Arzusu’ rejimi tərəfindən
qanunla qadağan olunmuş kimyəvi maddənin dinc nümayişçilərə qarşı
istifadə edilməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə haqlı
hiddət və etiraz doğurdu, ‘Gürcü Arzusu’nda isə tam panika və
isterika yaratdı. Bu isə onların günahkarlığı barədə şübhələri daha
da gücləndirir. Söhbət o qədər ağır mümkün cinayətdən gedir ki,
artıq bu iş üzrə müstəqil və qərəzsiz istintaqın başlanması tələbi
gündəmə gəlir. Xalq bilməlidir: qeyri-qanuni kimyəvi maddənin suya
qatılması barədə əmri konkret olaraq kim verib? Bu, sistemli
cinayət idi, yoxsa hansısa vəzifəli şəxsin fərdi qanunsuzluğu
nəticəsində çoxsaylı nümayişçilərin həyatı və sağlamlığı risk
altına atıldı?” — deyə partiyanın bəyanatında qeyd
olunur.
Qaxarianın partiyasının bildirdiyinə görə, müstəqil istintaqın
aparılması zərurəti təkcə günahkarların müəyyən edilməsi və oxşar
ağır cinayətlərin qarşısının alınması ilə deyil, eyni zamanda
zərərçəkmiş vətəndaşların sağlamlığı üçün risklərin vaxtında
aşkarlanması və onların həyati maraqlarının qorunması ilə də
bağlıdır.
Dekabrın 1-də BBC jurnalist araşdırması dərc edib. Araşdırmaya
əsasən, ötən il hökumət əleyhinə etiraz aksiyaları zamanı
nümayişçilərə qarşı ehtimal ki, Birinci Dünya Müharibəsi dövrünə
aid kimyəvi silahdan istifadə olunub.
“Gürcü Arzusu” BBC-nin yaydığı məlumatları təkzib edir və qadağan
olunmuş maddənin istifadə edilmədiyini bildirir. Lakin bu günədək
ötən il nümayişçilərə qarşı konkret olaraq hansı maddənin istifadə
edildiyini açıqlamır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.