Rusiyanın Krasnodar diyarında Ukraynanın zərbəsindən Temryuk dəniz
limanının infrastrukturu zədələnib.
Regionun operativ qərargahı yanğın baş verdiyini, hadisə yerində
təcili xidmətlərin işlədiyini, amma xəsarət alan olmadığını
bildirib. İşçilər evakuasiya olunub.
Rusiya Müdafiə Nazirliyi bölgə üzərində bir dronun vurulduğunu
açıqlayıb.
ASTRA Telegram kanalı şahidlərin görüntüləri əsasında limanda qaz
terminalının yandığını bildirib.
Çeçenistanda isə region paytaxtında yerləşən "Grozny-City"
çoxmərtəbəli kompleksinin dronla vurulduğu güman edilir. Bina
Çeçenistan rəhbəri Ramzan Kadırovun iqamətgahının 800 metrliyində,
FSB idarəsi yaxınlığında yerləşir.
NYISO müxalifyönlü kanalı binaya dron çırpıldığını iddia edir.
Ukraynanın "Supernova+" monitorinq kanalı da binaya zərbə
endirildiyini bildirib. "Exilenova+" Ukrayna kanalı isə Qroznıda
radioelektron mübarizə vasitələrinin işə düşməsi ehtimalını qeyd
edib.
Rəsmi qurumlar göydələnə zərbə endirildiyini təsdiqləməyiblər. Amma
səhər saatlarında "Rosaviasiya" Qroznı hava limanının işini
məhdudlaşdırıb.
ASTRA yerli sakinlərə istinadla Samara vilayətinin Sızran şəhərində
dronlar neft emalı zavoduna hücum etdiyini yazıb. Sızran meri
Sergey Voloçenkov şəhərə dron hücumunu təsdiqləyib, amma zərbələrin
nəticələri haqda məlumat verməyib. Rusiya Müdafiə Nazirliyi isə
Samara vilayəti üzərində 9 dron vurulduğunu bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.