Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf
Mühitin Mühafizəsi üzrə Nəzarət Departamentinin əməkdaşları
2025-ci il 1 noyabr – 30 noyabr tarixləri arasında qanunsuz meşə
istifadəsi ilə bağlı ümumilikdə 259 hal qeydə alıblar.
Aşkarlanan pozuntulardan 223-ü meşə materialının qanunsuz kəsilməsi
və daşınması ilə əlaqədardır, 36 fakt isə mişarxanaların texniki
reglamentləri pozması və qanunsuz fəaliyyət göstərən
mişarxanalarla
bağlıdır. Ümumilikdə 17 fakt cinayət tərkibinin əlamətlərini
daşıyır və materiallar müvafiq qurumlara göndərilib.
Ən çox pozuntu Kaxetidə — 92 fakt qeydə alınıb. Acarada 57,
İmeretidə 22, Samtsxe-Cavaxetidə 20, Kvemo Kartlidə 19,
Sameqrelo-Zemo Svanetidə 12, Mtsxeta-Mtianetidə 12,
Raça-Leçxumi-Kvemo Svanetidə 11, Şida Kartlidə 11, Quryada isə 3
fakt aşkarlanıb.
Ümumilikdə 495 kubmetrdən çox qanunsuz əldə edilmiş meşə materialı
müsadirə olunub.
Hesabat dövründə, ölkə üzrə 2 ədəd qeyri-qanuni və qeydiyyatsız
mişarxana da möhürlənib.
İlin ümumi göstəricilərinə görə, 2025-ci ilin 11 ayı ərzində ölkə
üzrə qanunsuz meşə istifadəsi ilə bağlı 1653 fakt qeydə alınıb və
ümumilikdə 57 qanunsuz mişarxana möhürlənib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415