Ölkələr üzrə supermarketlərdə yumurtanın (standart 12 ədədlik
paket) qiyməti ən yüksək İsveçrədədir – 7.67 dollar.
Ən ucuz yumurta isə Hindistandadır, burada 12 ədəd yumurtanın
qiyməti cəmi 92 sentdir.
Gürcüstanın qonşu ölkələrinə gəlincə, Numbeo-nun reytinqi göstərir
ki, yumurta ən baha məhz Gürcüstandadır. Ümumilikdə 101 ölkə
arasında Gürcüstan 62-ci yerdədir. Məlumatlara görə, 12 ədədlik
yumurta paketinin orta
qiyməti burada 2.43 dollar təşkil edir.
Reytinqdə Gürcüstanı Türkiyə izləyir — Türkiyədə yumurtanın orta
qiyməti 2.14 dollardır (70-ci yer). Daha sonra Rusiya gəlir: 1.71
dollarlıq qiymətlə 84-cü yerdədir. Qonşu ölkələr arasında yumurta
ən ucuz Azərbaycanda satılır — burada 12 ədədlik paket 1.5
dollardır və Azərbaycan 94-cü yeri tutur. (Qeyd olunur ki, bu dəfə
Ermənistan reytinqə daxil edilməyib.)
Numbeo-ya görə yumurtanın ən bahalı olduğu 5
ölkə:
• İsveçrə – 7.67 $
• Yeni Zelandiya – 6.29 $
• Puerto-Riko – 5.49 $
• Danimarka – 5.09 $
• Niderland – 4.99 $
Yumurtanın ən ucuz olduğu 5 ölkə:
• Hindistan – 0.92 $
• İran – 1.10 $
• Banqladeş – 1.17 $
• Pakistan – 1.19 $
• Liviya – 1.33 $
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.