İranın paytaxtı Tehranda reklam vərəqələri peyda olub – kişilərə
Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə qoşulmaq üçün
yüksəkmaaşlı müqavilələr təklif edilir.
Rusiya səfirliyi bu elanların saxta olduğunu bildirib. Vərəqələrdə
18-45 yaşlı iranlı kişilərə ilkin 20 min dollaradək bonus, ayda isə
2 min dollaradək maaş təklif olunur.
Moskvanın təkzibinə baxmayaraq, Rusiyanın Yaxın Şərq, Orta Asiya,
Kuba daxil bir çox ölkədən minlərlə xarici döyüşçü cəlb etmək üçün
gizli şəbəkələrə əl atdığı bəllidir.
AzadlıqRadiosunun fars xidməti (Radio Fərda) elanlardakı WhatsApp
nömrəsinə zəng edib. Bir nəfər cavab verərək vərəqələrin Rusiyanın
"rəsmi" qüvvə cəlbetmə kampaniyasının bir hissəsi olduğunu deyib,
dəlil göstərmədən iddia edib ki, bu, İran hökuməti ilə
razılaşdırılıb.
"Həm saxta, həm kriminal"
Elanlarda deyilir ki, Rusiya Müdafiə Nazirliyi əsgər, dron
operatoru, sürücü postlarına qüvvə yığır.
Yüksək maaş və bonuslardan savayı, Rusiyaya uçuş, pulsuz mənzil,
tibbi xidmət təklif edilir. Tibb təhsilli qadınlar üçün də yerlərin
olduğu göstərilir.
Elanlar farscadır, elektron poçt ünvanı, Ermənistana bağlı WhatsApp
nömrəsi, Telegram kanalı təqdim edilib.
"Radio Fərda" WhatsApp nömrəsi ilə əlaqə saxlayıb, zəng qəbul
edilməyib. Əlavə məlumat almaq üçün səsli mesaj göndərilib. Özünü
"sadəcə admin" kimi təqdim edən bir nəfər mesaja cavab verib,
Moskvada olduğunu iddia edib.
Həmin şəxs vərəqələrin İranda Rusiyanın rəsmi qüvvə cəlbetmə
kampaniyasının bir hissəsi olduğunu deyib. O, İran hakimiyyətinin
bu kampaniyadan xəbərdar olduğunu bildirib.
Elanlardakı Telegram kanalı "Join To Russian Army For Foreigners"
adlanır, rus, ingilis, fars və ərəb dillərində paylaşımlar edir.
Kanal noyabrın 4-də açılıb, 2 mindən
çox abunəçisi var.
İngilis və fars dillərində bir mesajda deyilir ki,
"Rusiya Müdafiə Nazirliyi müqavilə imzalamağa və
şərəflə xidmət etməyə hazır əcnəbilərə qapılarını açır". "Rus
dilini bilməsəniz belə, sizi qəbul edirik", – mesajda
bildirilir.
Tehrandakı Rusiya səfirliyi bu vərəqələri "saxta və kriminal"
xarakterli adlandırıb.
"Səfirlik, yaxud Rusiya dövlətinin hər hansı rəsmi
qurumunun bu məktubla heç bir əlaqəsi yoxdur", – İran
mediasının yaydığı bəyanatda deyilir.
"Oturuşmuş tarixçə"
Vaşinqtonda Demokratiyaların Müdafiəsi Fondundan Con Hardi "Radio
Fərda"ya deyib ki, elanların həqiqiliyini barədə danışa bilməz,
amma
"Rusiyanın Ukraynada döyüşmək üçün müxtəlif ölkələrdən
əcnəbilərin cəlbi ilə bağlı oturuşmuş tarixçəsi var".
Hardinin sözlərinə görə, rusiyalılar, əsasən, yoxsul ölkələrdə
kişiləri hədəf alıblar. Bu şəxslər cəbhəyə göndərilməzdən öncə
böyük təlim keçmirlər.
Karneqi Beynəlxalq Sülh Fondundan Nikol Qrayevski bildirir ki, bu
vərəqələr Rusiyanın həmişəki metodlarına uyğun deyil:
"Vərəqələrin həqiqi olub-olmadığı, Rusiyanın cəlbetmə
üçün bu qədər səhlənkar bir üsula əl atıb-atmadığı aydın
deyil".
Təhlilçinin fikrincə, Rusiyaya əlavə canlı qüvvə lazım olsaydı,
bunu İran hökumətinin qeyri-rəsmi razılığı, hətta iştirakı ilə
edərdi.
İran hakimiyyəti isə vərəqələrə hələlik ictimai şəkildə reaksiya
verməyib.
Əsgər sayını saxlamaq
Rusiya Ukraynada itkilərin artmasına baxmayaraq, əsgər sayını
qorumağa çalışır və xarici döyüşçülərin cəlbini genişləndirir.
Ukraynanın iddiasına görə, Moskva 128 ölkədən azı 18 min xarici
döyüşçü cəlb edib. Moskva ilə Pxenyanın hərbi əməkdaşlıq sazişi
çərçivəsində 11 mindən çox şimali koreyalı əsgər müharibəyə cəlb
olunub.
Ekspertlər bildirirlər ki, Rusiya Kubadan, Suriyadan, İordaniyadan,
Nepaldan, Hindistandan, Keniya və Orta Asiya ölkələrindən insanları
məcburetmə, rüşvət, aldatma ilə yığır.
Xarici döyüşçülərin sayının artıran Rusiya ölkədə yeni səfərbərlik
elan etmək istəmir. 2022-ci ilin sentyabrında səfərbərlik
xaotikliyi, rusiyalıların xaricə kütləvi axını ilə yadda qalıb.
Qərbin hesablamalarına görə, 2022-ci ilin fevralında Ukraynaya
genişmiqyaslı hücuma başlayandan Rusiya ordusu 1 milyondan çox itki
verib. Bura ölü və yaralı sayı daxildir.
İran isə qüvvə yığmağa açıq məkan kimi görünür.
88 milyonluq ölkə ABŞ-nin ağır sanksiyaları altındadır, işsizlik,
yoxsulluq artır.
İran və Rusiya son illər əlaqələri dərinləşdirib. İslam
Respublikası Rusiyanı dronlarla təmin edib, Moskva onlardan
Ukraynada istifadə edir.
İranda milyonlarla əfqan qaçqını və miqrant yaşayır. Görünür,
Rusiya həm də bu icmanın üzvlərini hədəf alıblar.
Əfqanıstanın keçmiş hərbi qüvvələrinin üzvləri, o cümlədən ABŞ-nin
təlim keçdiyi elit xüsusi təyinatlılardan İranda yaşayanlar var.
Onlar daha öncə əvvəllər Ukraynada muzdlu kimi döyüşmək barədə
düşündüklərini deyiblər.
Əfqanıstandan üç keçmiş general 2022-ci ildə "The Associated
Press"ə deyib ki, Rusiya xarici legion yaratmağa çalışır, aya 1 min
500 dollaradək maaş təklif edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.