Bu məsələyə yanvarın 15-də Birləşmiş Ştatların (ABŞ) Azərbaycandakı
səfirliyi də münasibət bildirib.
"Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın
vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə
bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki,
bu məlumat həqiqəti əks etdirmir. Sözügedən fasilə yalnız immiqrant
(daimi yaşayış) vizalarına aiddir", - səfirlik
vurğulayıb.
"Turist, işgüzar səfər, tələbə və mübadilə proqramları
üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin
Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu
davam edir", - açıqlamada əlavə edilib.
ABŞ, Gürcüstan daxil, 75 ölkəyə immiqrant vizaları
verilməsini dayandırıb
ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşlarına, o cümlədən
azərbaycanlılara immiqrant (daimi yaşayış) vizası verilməsini
dayandırıb. Bu barədə "Fox News" xəbər yayıb.
75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının işlənməsi
dayandırılır. Keçmiş SSRİ ölkələrindən Rusiya, Ermənistan,
Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan
və Moldova siyahıda yer alıb.
Siyahıda Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir,
Nigeriya, Tailand, Yəmən, Haiti, Qvatemala, Kosovo, Küveyt,
Kamboca, Livan, Liviya da var.
Yeni qayda yanvarın 21-dən qeyri-müəyyən müddətə qüvvəyə minəcək.
Konsulluq əməkdaşlarına bu ölkələrin vətəndaşlarına daimi yaşayış
vizası verməkdən imtina etmək tapşırılıb.
ABŞ Dövlət Departamentinin təmsilçisi Tommi Piqottun izahına görə,
bu addım hakimiyyətin müraciət edənlərin yoxlanılması
prosedurlarını yenidən nəzərdən keçirməsi ilə bağlıdır.
"Dövlət Departamenti çoxdan mövcud olan
səlahiyyətlərindən yararlanaraq yararsız immiqrantları
müəyyənləşdirə biləcək, söhbət ABŞ üçün yükə çevrilərək Amerika
xalqının səxavətindən sui-istifadə edəcək şəxslərdən
gedir", – Piqott deyib.
Noyabrda Dövlət Departamenti dünyanın müxtəlif ölkələrindəki
konsulluqlarına teleqram göndərib. Həmin sənəddə deyilirdi ki,
yoxlamanı aparan şəxs ərizəçinin dövlət müavinətlərindən asılı
vəziyyətə düşə biləcəyi qənaətinə gəlsə, ona immiqrant vizasının
verilməsindən imtina etsin.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.