Parlament sədri Şalva Papuaşvili ABŞ-ın 75 ölkənin vətəndaşları
üçün tətbiq
etdiyi məhdudiyyəti — immiqrasiya vizalarının verilməsinin
müvəqqəti dayandırılmasını Gürcüstan üçün müsbət kimi təqdim
edir.
O, Parlamentdə jurnalistlərin sualını cavablandırarkən bildirib ki,
“bizim vətəndaşlara Gürcüstanda özümüzün ehtiyacımız var”.
“Söhbət turistik vizalardan yox, başqa kateqoriyalardan
da yox, məhz immiqrasiya vizalarından gedir. Bu, istənilən ölkənin
daxili siyasi gündəminin bir hissəsidir — hansı immiqrasiya
siyasətini yürütməsindən asılıdır”, - Papuaşvili
deyib.
Jurnalist ona sual verib ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı
dayandırmasaydı, ölkə həmin 75 ölkə siyahısına düşərdimi?
Papuaşvili cavab verib:
“Sizin dediyiniz yanlışdır, elə təsəvvür yaradırsınız
ki, siyahıda olan ölkələrin yarısının belə ABŞ-la strateji
tərəfdaşlığı yoxdur. Məsələn, Ermənistan bu siyahıdadır, amma
ABŞ-la strateji tərəfdaşdır.
Əmin edirəm ki, bizim siyasət prezident Trampın miqrasiya
siyasətinə təsir etmir.”
Dünən, yanvarın 14-də məlum olub ki, ABŞ 75 ölkə üçün immiqrasiya
vizalarının verilməsinə məhdudiyyət tətbiq edir. “Fox News” həmin
ölkələrin siyahısını dərc edib və siyahıda Gürcüstan da var. Bu
məlumatı bu gün — yanvarın 15-də ABŞ-ın Gürcüstandakı səfirliyi də
təsdiqləyib.
Bu 75 ölkəyə immiqrasiya vizalarının verilməsi 21 yanvardan
etibarən dayandırılacaq və Dövlət Departamenti vizaların verilməsi
prosesinin yenidən baxılmasını tamamlayana qədər davam edəcək.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.