Ukrayna təmsilçiləri danışıqlar üçün ABŞ-yə yollanıb. Bu haqda
prezident Volodimir Zelenski Telegram kanalında yazıb.
"Ukraynanın komandası, heç nəyə baxmayaraq, ABŞ
prezidentinin təmsilçiləri ilə aktiv işləyir. Bugünlərdə
nümayəndələrimizin görüşləri planlaşdırılıb. Rustem Umerov, Kirilo
Budanov və David Araxamiyadan ibarət Ukrayna nümayəndə heyəti
hazırda ABŞ-yə gedir. Ümid edirik ki, həm amerikalı tərəfdaşlarla
hazırladığımız sənədlər, həm də Rusiyanın aparılan diplomatik
işlərə reaksiyasına daha çox aydınlıq gələcək", –
postda deyilir.
ABŞ prezidenti Donald Tramp ötən ilin noyabrında Zelenskiyə
28-bəndlik sülh təklifini qəbul etməsi üçün təzyiq göstərib. Bu
plan daha çox rusiyayönlü təsiri bağışlayıb.
Ukrayna isə Avropa müttəfiqləri ilə 20-bəndlik planı razılaşdırıb,
xüsusilə də təhlükəsizlik zəmanətləri və ərazi bütövlüyü
məsələlərində Kiyevin maraqları daha çox nəzərə alınıb.
Yanvarın 6-da Ukraynanın Fransa və Böyük Britaniya ilə imzaladığı
Paris bəyannaməsində Ukraynaya Qərb qüvvələrinin yerləşdirilməsi
nəzərdə tutulub. Amma Rusiya bunu qətiyyətlə rədd edib.
8 yanvar
Rusiya Ukraynada Qərb hərbçilərini 'qanuni hədəf' sayacağını
bildirir
Rusiya Ukraynada Qərb ölkələrindən qüvvələrin yerləşdirilməsini
qeyri-mümkün sayaraq qətiyyətlə rədd edib. Rusiya Xarici İşlər
Nazirliyi (XİN) yanvarın 6-da Ukraynanın Fransa və Böyük Britaniya
ilə imzaladığı Paris bəyannaməsini belə şərh edib.
"Sənəd sülh yolu ilə tənzimləmədən çox uzaq alınıb. O,
davamlı sülh və təhlükəsizliyə deyil, militarizasiyanın,
eskalasiyanın davam etməsinə hədəflənib", – XİN
sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Ukrayna
ərazisində Qərb ölkələrinin hərbi bölmələrinin, digər
infrastrukturun yerləşdirilməsi xarici müdaxilə sayılacaq, "onlara
Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfi kimi baxılacaq".
Britaniyanın "The Times" qəzeti yazıb ki, Britaniya və Fransa
Ukraynaya 15 minədək hərbçi göndərmək istəyir. Bu isə ehtimal
olunandan xeyli azdır. ABŞ, Avropanın bir sıra ölkələri isə bu
addımı istisna ediblər.
Təhlükəsizlik təminatları Ukraynanın sülh sazişlərini imzalamaq
üçün əsas şərtidir. Media daha öncə ABŞ rəsmilərinə istinadla
Rusiyanın sonucda kompromis çərçivəsində buna razılaşacağına
inandığını yazıb. Onların fikrincə, Moskva üçün ən əsası ərazilərə,
xüsusilə Donetskə nəzarətdir.
7 yanvar
Starmer: Ukraynaya qoşun göndərilməsi parlamentdə səsverməyə
çıxarılacaq
Böyük Britaniyanın Ukraynaya mümkün qüvvə göndərməsi parlamentdə
səsverməyə çıxarılacaq. Bunu Böyük Britaniyanın baş naziri Kir
Starmer Fransa və Ukrayna ilə imzalanmış bəyannamə barədə
deyib.
Yanvarın 6-da Starmer Fransa prezidenti Emmanuel Makron və Ukrayna
prezidenti Volodimir Zelenski ilə niyyət bəyannaməsi imzalayıblar,
sülh əldə olunacağı halda, Ukraynaya beynəlxalq qüvvə yerləşdirməyə
razılaşıblar.
Starmer parlamentdə deyib ki, qoşunların sayı Böyük Britaniyanın
hazırlanmaqda olan hərbi planları çərçivəsində müəyyən
ediləcək.
Baş nazirin dediyinə görə, Milad bayramı dövründə ABŞ prezidenti
Donald Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusunda
iki dəfə danışıb. O, deputatları əmin edib ki, "amerikalılarla tam
müzakirə aparılmadan bu istiqamətdə hər hansı addım atılmasından
söhbət getmir".
6 yanvar
Ukraynaya beynəlxalq qüvvələr yerləşdirilə bilər- bəyannamə
imzalandı
Yanvarın 6-da Avropa liderləri atəşkəs rejiminə nəzarət üçün
Ukraynaya 15-20 min hərbçi göndərməyi müzakirə ediblər. Bəziləri
ümid edir ki, onların sayı 30 minə yaxın olacaq, - AzadlıqRadiosu
"İstəklilər koalisiyası" ölkələri sammitinin yekunlarına dair
bəyannamənin qaralamasına istinadən yazır.
Sammit yanvarın 6-da Parisdə baş tutub, ABŞ prezidenti Donald
Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də iştirak
ediblər.
Görüşdən sonra Polşanın baş naziri Donald Tusk bildirib ki,
iştirakçılar Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında
bəyannamə imzalayıblar, lakin ölkələrin konkret öhdəlikləri ora
daxil edilməyib.
Bəyannamə layihəsindən belə nəticəyə gəlmək olar ki, tərəflər
Rusiyanın Ukraynaya növbəti hücumu halında fəaliyyət planı barədə
razılığa gəlməyiblər: sənəddə bununla bağlı "öhdəlikləri
yekunlaşdırmağa razılaşıblar" deyilir.
Bir Avropa diplomatı AzadlıqRadiosuna təsdiqləyib ki, həll
olunmamış məsələlərdən biri potensial yeni Rusiya hücumuna necə
cavab verməkdir.
"Hələ də müzakirə edirik ki, cavab
atəşi açacağıq, yoxsa qaçacağıq", - o vurğulayıb.
Lakin sammitdən sonra Ukrayna prezidenti Volodimir Zelenski, Fransa
prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir
Starmer Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı
Niyyət Bəyannaməsi imzalayıblar.
"Sülh sazişi olacağı təqdirdə Ukraynaya qoşun göndərmək
niyyəti haqqında bəyannamə imzaladıq. Bu, Ukraynaya uzunmüddətli
dəstək vermək üçün qəti niyyətimizin əsas
hissəsidir", - Starmer imzalanmadan sonra
bildirib.
Amma potensial "İstəklilər koalisiyası" qüvvəsinin təmas xəttinə nə
qədər yaxın yerləşdiriləcəyi aydın deyil. AzadlıqRadiosunun əlaqə
saxladığı əksər avropalı rəsmilər inanırlar ki, onlar Ukrayna
qoşunlarını dəstəkləmək və təlim keçmək üçün Qərbi Ukraynaya
yerləşdiriləcək.
Ukraynanın təhlükəsizliyi üçün 'icbari öhdəliklər' vəd
olunur – Paris bəyanatının layihəsi yayılıb
30 Qərb ölkəsi Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə "icbari"
öhdəliklərin salınmasını istəyir. Söhbət gələcəkdə Rusiyanın
silahlı hücumuna qarşı Ukraynaya dəstəkdən gedir. Yanvarın 6-da
Kiyevin müttəfiqlərindən ibarət "İstəklilər koalisiyası"nın
bəyannaməsinin layihəsi yayılıb.
AzadlıqRadiosunun gördüyü bəyannamə layihəsində deyilir ki, bu
öhdəliklərə hərbi imkanlardan istifadə, kəşfiyyat və logistika
dəstəyi, diplomatik təşəbbüslər, əlavə sanksiyaların qəbulu salına
bilər.
Sənədə görə,
"Ukraynanın və Avro-Atlantik kollektiv
təhlükəsizliyin gələcəyinin təminatı üçün Ukraynanın özünümüdafiə
bacarığı çox vacibdir".
"Koalisiya tərəfdaşları və Birləşmiş Ştatlar bu
təhlükəsizlik zəmanətlərinin təminatında zəruri və sıx koordinasiya
olunmuş rol oynayacaq", – bəyannamədə vurğulanır.
Sənəddə bildirilir ki, müttəfiqlərin Ukraynaya dəstəyinə ABŞ-nin
rəhbərliyi ilə atəşkəsə nəzarət, Ukrayna Silahlı Qüvvələrinə
dəstək, Ukrayna üçün çoxmillətli qüvvə, həmçinin "Rusiya gələcəkdə
silahlı hücum edərsə, sülhün bərpası üçün Ukraynaya dəstəklə bağlı
icbari öhdəliklər" daxil olacaq.
Çətin məsələlər
ABŞ prezidenti Donald Tramp ötən ilin noyabrında Zelenskiyə
28-bəndlik sülh təklifini qəbul etməsi üçün təzyiq göstərib. Bu
plan daha çox rusiyayönlü təsiri bağışlayıb.
Ukrayna isə Avropa müttəfiqləri ilə 20-bəndlik planı razılaşdırıb,
burada Kiyevin maraqları daha çox nəzərə alınıb, xüsusilə də
təhlükəsizlik zəmanətləri və ərazi bütövlüyü məsələləri.
Ukraynanın baş danışmanı Ruslan Umerov bu yaxınlarda deyib ki,
"mövqelərin böyük hissəsi, sülh planının 90 faizi artıq
razılaşdırılıb, detallar üzərində iş gedir".
Bu detallar arasında ən çətin məsələlərdən biri ərazi
güzəştləridir. Ukrayna təmas xəttinin dondurulmasını, yaxud Donbas
vilayətinin bütünlükdə demilitarizasiya zonası elan olunmasını
təklif edir.
Digər bir məsələ Zaporojye Atom Elektrik Stansiyasına nəzarətlə
bağlıdır. Kiyev Ukrayna və Rusiyanın stansiyanı birgə idarə etməsi
ideyasını rədd edir, ABŞ-nin oradan istehsal olunan enerjini
Moskvaya satmasına üstünlük verir.
Brüsseldə çox az adam Rusiyanın bu məsələlərə razılaşacağını
düşünür, axı, Kreml hələ də döyüş meydanında özünü qalib sayır.
Rusiya prezidenti Vladimir Putin son həftələrdə bir neçə dəfə bəyan
edib ki, Moskva "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə ya
razılaşma, ya da güc yoluyla nail olacaq.
Avropa İttifaqı bunu nəzərə alaraq yeni sanksiyalar paketi
hazırlayır. Bu, dörd ilə yaxındır gedən genişmiqyaslı işğal
dövründə 20-ci sanksiya paketi olacaq, yanvarın sonlarında üzv
dövlətlərin təsdiqləməsi üçün təqdim ediləcəyi gözlənilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.