ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən çıxıb və təxminən
260 milyon dollarlıq borcunu ödəməyib. Xəbəri "Bloomberg" agentliyi
yayıb.
Qurumdan çıxma prosesinin 2026-cı il yanvarın 22-də tamamlandığı
bildirilir. ABŞ prezidenti Donald Tramp 2025-ci ilin yanvarında
prezidentlik postuna keçən kimi ÜST ilə əlaqələri kəsməyə qərar
verib, səbəb kimi qurumun COVID-19 pandemiyasına reaksiyasında
səhvləri göstərib.
ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin məlumatına görə,
ÜST-nin təşəbbüslərinə bütün maliyyə və kadr dəstəyi dayandırılıb,
amerikalılar qurumun bütün ofislərindən və qərargahından geri
çağırılıb. ABŞ həmçinin təşkilatın rəhbər orqanlarında və işçi
qruplarında iştirakını dayandırıb.
Konqresin 1948-ci il qətnaməsinə görə, təşkilatdan çıxmaq üçün ABŞ
bir il əvvəl bildiriş verməli, bütün borcları ödəməlidir. ABŞ
Səhiyyə və Sosial
Xidmətlər Nazirliyinin yüksəkvəzifəlisi
agentliyin jurnalistlərinə deyib ki, qanunda təşkilatdan çıxmadan
öncə borcun ödənilməsi tələbi yoxdur.
"Verilən vədlər yerinə yetirilib. ÜST amerikalıların
həyatını xilas edə biləcək vacib məlumatların vaxtında və dəqiq
mübadiləsinə mane oldu, sonra bu uğursuzluqları "ictimai sağlamlıq
maraqları" adı altında gizlətdi", – dövlət katibi
Marko Rubio və səhiyyə naziri Robert Kennedinin bəyanatında
vurğulanıb.
Bəyanatda ABŞ-nin ölkələrlə və "nüfuzlu səhiyyə qurumları" ilə
işləyəcəyi vurğulanır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.