Pensiya Fonduna pensiya ayırmalarının ödənişi ilə bağlı öhdəliyin pozulmasına görə işəgötürənlərə 3.7 milyon lari cərimə tətbiq edilib

2025-ci ildə işəgötürənlərin pensiya ayırmaları üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsinə görə biznes subyektlərinə ümumilikdə 3.746 milyon lari məbləğində cərimə kəsilib.


Dövlət Xəzinəsinin məlumatına əsasən, təkcə dekabr ayında işəgötürənlər təxminən 800 min lari cərimələniblər.

Qeyd edək ki, ötən il qanunun sərtləşdirilməsindən sonra pensiya ayırmalarının düzgün icra edilməməsi halında işəgötürən ilk dəfə 500 lari, təkrar baş verdiyi

halda isə 1000 lari məbləğində cərimə olunur.

Bundan əlavə, büdcəyə ödənilən cərimədən başqa, öhdəliyin yerinə yetirilməməsinə görə işəgötürənə həmin dövrdə Pensiya Fonduna köçürülməyən və ya gecikmə ilə köçürülən məbləğ üzrə penya tətbiq olunur. Hər gecikmiş gün üçün faiz əlavəsinin miqdarı Gürcüstan Milli Bankının müəyyən etdiyi monetar siyasət faizinə əlavə 5% təşkil edir.

Qeyd olunmalıdır ki, 2025-ci ildə Pensiya Yığım Sistemində iştirak edənlərin sayı 1 milyon 706 min nəfər olub. 2025-ci il 31 dekabr tarixinə olan məlumata görə, 26 820 nəfər yığım pensiyasından yararlanıb və onlara ümumilikdə 124 milyon lari məbləğində pensiya ödənilib.

Dekabrın sonuna olan göstəriciyə əsasən, Gürcüstanın Pensiya Fondunun aktivləri 8.2 milyard lari, gəlirləri isə 2.2 milyard lari həddini keçib.

 

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google