Marneulinin 2026-cı il büdcəsi artıb
Marneuli bələdiyyəsinin büdcəsi artıb və yeni məlumata görə, büdcə 97 882 534 lari təşkil edir.
Büdcədə edilən dəyişikliklər 23 yanvar tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında təsdiq edilib.

Məsələni müzakirə üçün meriyanın Büdcə Planlaşdırması və Analiz Şöbəsinin rəhbəri Larisa Qelaşvili qaldırıb. Onun sözlərinə görə, mərkəzi hökumətdən əldə olunan köçürmələri nəzərə alınmaqla, yerli büdcə 83 472 653 lari, mərkəzi büdcədən ayrılan məbləğ isə 14 409 850 lari təşkil edir.

Larisa Qelaşvilinin sözlərinə görə, hazırkı mərhələdə büdcəyə 9 952 227 lari qalıq əlavə edilib. Bundan əlavə, mərkəzi köçürmələrdə də əlavə dəyişikliklər edilib. Bələdiyyəyə fərman əsasında Regional İnkişaf Fondundan 8 377 200 lari ayrılıb və bu məbləğ üç istiqamət arasında bölüşdürülüb.

"Bu mərhələdə büdcəyə ümumi qalıq 9 952 227 lari əlavə edilib. Qalığın bölüşdürülməsinə əlavə olaraq, büdcəyə hökumətdən köçürmələrin ayrılması ilə bağlı əlavə dəyişikliklər edilib. Bizə fərmanla Regional İnkişaf Fondundan 8 377 200 lari ayrılıb və bu məbləğ üç istiqamətə bölünüb. Bu yollar, su və mədəni obyektlərin təchizatıdır. Bu büdcə ilə qalıq və transferlər nəzərə alınmaqla yerli büdcə 7 301 653

lari, transferlər isə 14 448 440 lari artıb. Bu dəyişikliklərə əsasən 2026-cı ilin büdcəsi 97 882 534 lari təşkil edib",
– Larisa Qelaşvili bildirib.

Bələdiyyə Məclisinin iclasında gündəliyə daxil olan 8 məsələ müzakirə olunub və deputatlar məsələlərlə bağlı müsbət qərar qəbul ediblər. Bundan əlavə, iclasda Bələdiyyə Məclisində müqavilə ilə işləyən üç nəfərin işdən çıxarılması, Bələdiyyə Məclisi işçilərinin əməkhaqqının 10% artırılması, Bələdiyyə Məclisinin sıravi üzvlərinə xərclənəcək vəsaitin 10% artırılması və sosial məsələlər müzakirə olunub.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




Print ელ. ფოსტა
FaceBook Twitter Google