1 martdan etibarən Gürcüstanda xarici vətəndaşların məşğulluq qaydası dəyişir
2026-cı il 1 martdan etibarən Gürcüstanda xarici vətəndaşların məşğulluq qaydası yenilənir. mək miqrasiyası haqqında qanuna edilən dəyişiklikləri hakim Gürcü Arzusu partiyası ötən ilin iyununda qəbul edib və bunu “qanunsuz əmək miqrasiyasına qarşı mübarizə, həmçinin yerli əmək bazarının qorunması və inkişafı məqsədi ilə” əsaslandırıb.

Dəyişikliklərə əsasən, 2026-cı il 1 martdan xarici ölkə vətəndaşlarının Gürcüstanda işləyə bilməsi üçün

aşağıdakılar tələb olunacaq:


• əmək müqaviləsi;
• D1 kateqoriyalı immiqrasiya vizası və ya qüvvədə olan yaşayış icazəsi;
• əmək fəaliyyəti ilə məşğul olmaq hüququ.
Əmək fəaliyyəti hüququ — Gürcüstanın Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi tərəfindən verilən və qanunvericiliyə uyğun olaraq xarici vətəndaşa Gürcüstan ərazisində müstəqil şəkildə və ya yerli işəgötürənlə əmək münasibətində olaraq (o cümlədən məsafədən işləmə formatında) əmək və ya sahibkarlıq fəaliyyəti göstərmək imkanı verən xüsusi icazədir.
Nazirlik müraciətlərə cavab vermək üçün 30 təqvim günü müddətinə malik olacaq.
Qanunun 1-ci maddəsinin 4-cü hissəsinə əsasən, bu qanun aşağıdakılara şamil edilmir — əgər xarici vətəndaş:
a) qaçqın, əlavə müdafiə və ya müvəqqəti müdafiə statusuna malikdirsə;
b) Gürcüstanda sığınacaq axtaran şəxs kimi qeydiyyatdan keçibsə;
c) Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəlikdə, konsulluqda, beynəlxalq təşkilatın rəsmi nümayəndəliyində və ya qurumunda çalışırsa;
d) qanuni əsaslarla fəaliyyət göstərən xarici KİV tərəfindən Gürcüstanda akkreditə olunmuş jurnalistdirsə;
e) Gürcüstanın beynəlxalq müqavilələrinə əsasən bu qanunda müəyyən olunmuş qaydadan fərqli məşğulluq proseduru tətbiq edilən şəxslər sırasındadırsa;
f) qüvvədə olan investisiya yaşayış icazəsinə sahibdirsə.
Aşağıda 1 martdan qüvvəyə minəcək qanun müddəalarının müvafiq hissələri təqdim olunur.

Maddə 134. Əmək miqrantına əmək fəaliyyəti hüququnun verilməsi

1. Əgər əmək miqrantı yerli işəgötürənlə əmək münasibətinə daxil olaraq ödənişli fəaliyyət göstərirsə, bu hüququ yerli işəgötürən vasitəsilə almalıdır; əgər xarici şəxs müstəqil (özünüməşğulluq) fəaliyyət göstərirsə, icazəni özü əldə etməlidir.
2. Nazirliyə müraciəti:
a) özünəməşğul (self-employed) xarici şəxs qanunvericilikdə nəzərdə tutulan sənədlərlə birlikdə müraciət edir;
b) yerli işəgötürən əmək müqaviləsi bağlandıqdan sonra müraciət edir və qanunla tələb olunan sənədləri təqdim edir.
3. Nazirlik müraciət daxil olduqdan sonra qanunvericiliyə uyğun olaraq iki qərardan birini verir:
a) əmək fəaliyyəti hüququnun verilməsi;
b) əmək fəaliyyəti hüququnun verilməsindən imtina.
4. Nazirlik müraciətin baxılması zamanı əlavə məlumat tələb edə və ya aşkar olunmuş nöqsanların aradan qaldırılmasını istəyə bilər.
5. Tam sənədlərlə təqdim edilmiş müraciət üzrə baxılma müddəti 30 təqvim gününü aşmamalıdır.
6. Əmək fəaliyyəti hüququnun uzadılması üzrə müraciətə baxılma müddəti də 30 gündür.
7. İcazə yalnız qanunvericiliklə müəyyən olunmuş tələblər tam yerinə yetirildikdə verilir.
8. Əmək fəaliyyəti hüququnun verilməsi (o cümlədən sürətləndirilmiş qaydada) üzrə xidmət haqqı maksimum 500 lari olacaq və bu vəsait Dövlət Məşğulluq Agentliyinin büdcəsinə yönədiləcək.
9. Ödəniş qaydası və şərtlərini Gürcüstan Hökuməti müəyyən edəcək.
Maddə 135. Əmək fəaliyyəti hüququnun verilməsi ilə bağlı digər prosedurlar
1. Əmək miqrantı icazə aldıqdan sonra:
a) Gürcüstan ərazisində deyilsə — icazə alındıqdan sonra 30 gün ərzində D1 vizası üçün müraciət etməlidir;
b) artıq Gürcüstandadırsa — icazə alındıqdan sonra 10 gün ərzində əmək yaşayış icazəsi və ya İT sahəsində çalışanlar üçün xüsusi yaşayış icazəsi üçün müraciət etməlidir.
2. Bu tələblər həmin şəxslərə şamil edilmir, əgər onun artıq hər hansı yaşayış icazəsi varsa və ya fəaliyyəti tamamilə məsafədən həyata keçirilir və Gürcüstana daxil olmasını tələb etmir.
3. Yerli işəgötürən əmək müqaviləsi vaxtından əvvəl ləğv olunduqda və ya şərtləri dəyişdikdə bunu 5 gün ərzində elektron sistemdə qeyd etməlidir.
4–5. Əmək fəaliyyəti hüququnun uzadılması üçün müraciət icazənin bitmə tarixindən ən azı 30 gün əvvəl edilməlidir — həm işəgötürən, həm də özünüməşğul şəxslər üçün.
6. Nazirlik müraciət nəticələrini elektron qaydada bildirir.
7. Əmək fəaliyyəti hüququ işəgötürənin konkret müəssisəsində işləmək üçün verilir; özünüməşğul şəxslərə isə konkret fəaliyyət sahəsi göstərilməklə verilir.
8. Qərardan narazı qalan şəxs 1 ay müddətində məhkəməyə müraciət edə bilər.
9. Şikayət vermək:
a) həmin müddətdə şəxsin işləmək hüququnu yaratmır;
b) ölkəni tərk etmə öhdəliyini dayandırmır;
c) deportasiya proseduruna mane olmur.
10–11. Əlavə prosedurlar Hökumət tərəfindən tənzimlənəcək və nazirlik məlumatların digər dövlət qurumlarına əlçatanlığını təmin edəcək.
Maddə 136. Əmək fəaliyyəti hüququnun verilməsindən imtina əsasları
İmtina aşağıdakı hallarda tətbiq edilir:
a) məlumat və sənədlər natamamdır və 10 gün ərzində çatışmazlıqlar aradan qaldırılmayıbsa;
b) uzadılma müraciəti nəzərdə tutulan müddət pozularaq təqdim olunubsa;
c) şəxsin peşəsi/layiq görülməsi Gürcüstan əmək bazarının tələblərinə uyğun deyilsə və ya məhdudlaşdırılmış peşələr siyahısına daxildirsə;
d) həmin şəxs barəsində deportasiya məsələsi araşdırılır və ya artıq deportasiya qərarı mövcuddur.

Maddə 161. Əmək fəaliyyəti hüququ olmadan işləmə

1. İcazəsiz işləyən xarici vətəndaşı işlə təmin edən işəgötürən — 2000 lari cərimə edilir (hər bir miqranta görə).
2. İcazəsiz işləyən xarici vətəndaş — 2000 lari cərimə edilir.
3. Özünüməşğul xarici şəxs icazəsiz işləyərsə — 2000 lari cərimə edilir.
4. Eyni pozuntu təkrar edilərsə — cərimə məbləği ikiqat tətbiq olunur.
5. Üçüncü dəfə və ya təkrarlanan pozuntu sonrası yenidən belə hal baş verərsə — cərimə üçqat tətbiq edilir.
Maddə 162. Əmək Müfəttişliyi fəaliyyətinə mane olmaq və sənəd təqdim etməmək
1. Əmək Müfəttişliyi tərəfindən səlahiyyətlərin həyata keçirilməsinə mane olmaq və ya xarici vətəndaşın identifikasiya sənədlərini təqdim etməmək aşağıdakı cərimələrə səbəb olur:
Yerli işəgötürənlər üçün:
• illik gəliri 100 000 laridən az olan fiziki şəxs — 1000 lari;
• illik gəliri 100 000 və ya daha çox olan fiziki şəxs — 2000 lari;
• ƏDV ödəyicisi olan hüquqi şəxs (gəliri 100 000 laridən az) — 2000 lari;
• ƏDV ödəyicisi olan hüquqi şəxs (gəliri 100 000–500 000 arası) — 5000 lari;
• ƏDV ödəyicisi olan hüquqi şəxs (gəliri 500 000-dən çox) — 7000 lari;
• digər işəgötürənlər (hüquqi şəxs, amma ƏDV ödəyicisi deyil) — 1000 lari.
Özünüməşğulluq xarici vətəndaş üçün:
• 5000 lari cərimə.
2. Eyni pozuntu 1 il ərzində təkrar edilərsə — cərimə ikiqat tətbiq olunur.

Mənbə: Tabula


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Print ელ. ფოსტა
FaceBook Twitter Google