Ukraynadakı döyüş meydanında vəziyyətlə bağlı Rusiyanın
açıqlamalarına baxmayaraq, mövcud məlumatlar göstərir ki, Rusiya ən
kiçik irəliləyiş üçün belə qeyri-adi dərəcədə yüksək dəyər
ödəyir.
Bu barədə ABŞ-da fəaliyyət göstərən analitik qurum – Strateji və
Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) hazırladığı araşdırmada
qeyd olunur.
Qurumun analitiklərinin bildirdiyinə görə, 2022-ci ilin fevral
ayından bəri Rusiyanın müharibədə həlak olan, yaralanan və itkin
düşən
şəxslərinin ümumi sayı 1,2 milyon nəfərdir. Bu göstəricidə
təkcə həlak olanların sayı təxminən 325 min nəfərə çatır.
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin məlumatına əsasən,
Ukrayna qüvvələri də ciddi itkilər verib. Ukrayna tərəfdən həlak
olanların sayı 100 min – 140 min nəfər arasında qiymətləndirilir.
Ümumilikdə, Ukraynanın həlak olmuş, yaralanmış və itkin düşmüş
şəxslərinin sayı 500 min – 600 min nəfər təşkil edir.
Qurum bildirir ki, Rusiya və Ukraynanın ümumi itkiləri hazırda 1,8
milyon nəfərə çata bilər və əgər müharibə davam edərsə, 2026-cı
ilin yazına qədər bu rəqəm 2 milyona yüksələ bilər.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415