Dünya xəbərləri icmalı

Dünya xəbərləri icmalı



Ukraynada kritik qış və danışıqlar
gözləntisi Rusiya Kiyev və Xarkova kütləvi hücum təşkil edib. Şaxtalı havada Xarkovda 820 evin istilik sistemi söndürülüb. Bu hücum fevralın 4-5-də Abu-Dabidə keçirilməsi planlaşdırılan ABŞ, Ukrayna və Rusiya danışıqlarından əvvəl baş verib.

Almaniyada sanksiyaları pozan qrup zərərsizləşdirilib Almaniya prokurorluğu Rusiyaya sanksiyadan kənar mal daşıyan 5 nəfəri saxlayıb. Söhbət

Rusiya hərbi sənayesi üçün nəzərdə tutulan 30 milyon avro dəyərində maldan gedir. Saxlanılanlar Almaniya vətəndaşlarıdır, əsas şübhəlilərdən biri isə şirkət meneceri Nikita S.-dir.

İranda "Oskar"a namizəd olan filmin ssenaristi həbs edilib İranda tanınmış ssenarist və hüquq müdafiəçisi Mehdi Mahmudyan həbs olunub. Onun həbsi Ayətullah Xameneiyə qarşı bəyanatı imzalaması ilə əlaqələndirilir. Eyni zamanda, etiraz aksiyalarında ölənlərin statistikası açıqlanıb: hüquq müdafiəçiləri 6800-dən çox insanın həlak olduğunu bildirir, rəsmi Tehran isə 3000-ə yaxın ölümü təsdiqləyir.

Tramp: Hindistan Rusiya neftini almağı dayandırır ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hindistan Rusiya neftinin alışını dayandıracaq və nefti ABŞ-dan alacaq. Tərəflər ticarət tariflərinin azaldılması barədə də razılığa gəliblər. Hindistan tərəfi tariflərin endirilməsini təsdiqləsə də, Rusiya nefti ilə bağlı şərh verməyib.

Yaralılar Qəzzadan Misirə köçürüləcək ABŞ-ın sülh planı çərçivəsində Rəfah keçid məntəqəsi açılır. Misir Qəzzadan yaralıları qəbul etməyə hazırdır. İsrail buna "Həmas"ın sonuncu girovun cəsədini qaytarmasından sonra razılıq verib.

Ermənistan haqqında dezinformasiya və Gürcüstan mediasının iştirakı Nikol Paşinyanın mətbuat katibi baş nazirin 7 apreldə "LGBT" paradının keçirilməsini təsdiqləməsi barədə məlumatları yalanlayıb. Saxta xəbəri Gürcüstanın hökumətyönlü kanalları da yayıb. Analitiklər bunu seçkilərqabağı Rusiya təbliğatına "Gürcü Arzusu"nun dəstəyi kimi qiymətləndirirlər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google