Bu gün, 10 fevral tarixində Marneulinin Qızılhacılı kəndində
"Kəndlərə Dəstək Proqramı" çərçivəsində ümumi yığıncaq keçirilib.
Marneuli meriyasının Maliyyə və Büdcə Şöbəsinin müdiri Koba
Çxitunidze kənd inzibati binasının yaxınlığında toplaşan
Qızılhacılı sakinlərinə müraciət edib. Ötən iki ildə olduğu kimi,
əhali bu il də küçə işıqlandırmasının quraşdırılmasını
dəstəkləyib.

Yerli sakinlər toplantıda yolların vəziyyəti, suvarma kanalının
çirklənməsi, qaz və digər infrastruktur məsələləri də daxil olmaqla
digər problemləri də qeyd ediblər.

Meriya nümayəndələri Qızılhacılı sakinlərinə bildiriblər ki, qeyd
olunan məsələlərə üstünlük verəcəklər və bu məsələ ilə bağlı
meriyanın müvafiq şöbələrini məlumatlandıracaqlar.

Qızılhacılıdan əlavə, bu gün Əzizkənd və Hacıisəkənddə də görüşlər
keçirilib. Meriya nümayəndələrinin sözlərinə görə, onlar Əzizkənddə
küçə işıqlandırmasının quraşdırılmasını, Hacıisəkənddə isə mini
stadionun tikintisini dəstəkləyiblər.
Hər kənd üçün 20 000 lari ayrılıb.
Prioritetlərin seçilməsi üçün əhali ilə görüşlər fevralın 20-dək
davam edəcək.
2026-cı ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr
Fondundan Kəndlərə Dəstək Proqramı üçün 1 232 000 lari ayrılıb.
Məbləğ kəndlər arasında əhalinin sayına görə bölüşdürülüb. Hər kənd
üçün ən az məbləğ 10 000, ən çox isə 20 000 laridir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.