Qiqa Avalianinin işi üzrə təqsirləndirilən şəxslər prokurorluq tərəfindən daha dörd qrup zorakılığı epizodunda iştirakda ittiham olunur
Gürcüstan Prokurorluğu ölümcül döyülmüş müəllim Qiqa Avalianinin cinayət işi üzrə təqsirləndirilən şəxsləri qrup zorakılığının digər epizodlarında iştirak etməkdə də ittiham edir.

Bu gün keçirilən brifinqdə Tbilisi prokuroru Qiorqi Mikaianın bildirdiyinə görə, ümumilikdə zorakılığın dörd faktı üzrə ittiham irəli sürülüb.

Prokurorluq Qiqa Avalianinin işi üzrə təqsirləndirilən şəxslərin — Aleksandre Qabaşvili, Qiorqi Rikadze və Demetre Çikovaninin iştirakı ilə

baş verən qrup zorakılığı epizodlarını əks etdirən videogörüntüləri də yayıb.
Yayımlanan videogörüntülər beş epizodu əhatə edir.

Qiorqi Mikaianın sözlərinə görə, zorakılıq epizodlarından birini əks etdirən videogörüntülər Qiorqi Rikadze və Demetre Çikovaninin mobil telefonlarında da saxlanılırdı.

Kim neçə epizodda iştirak edib:
  • Qiorqi Rikadze — prokurorluğun göstərdiyi dörd epizodun hamısında iştirak edib;
  • Demetre Çikovani — dörd epizodda iştirak edib;
  • Aleksandre Qabaşvili — iki epizodda iştirak edib.
Tbilisi prokurorunun sözlərinə görə, Qiqa Avalianinin işi üzrə digər epizodlar davam edən istintaq çərçivəsində aparılan istintaq hərəkətlərindən sonra müəyyən edilib.

Prokurorluğun təsvir etdiyi sxem
“Aleksandre Qabaşvili, Qiorqi Rikadze, Demetre Çikovani və digər şəxslər onlar üçün qəbuledilməz sayılan şəxsləri müəyyən etmək və cəzalandırmaq məqsədilə qrup zorakılığını təşkil ediblər. Onlar belə şəxsləri sistemli şəkildə seçmək, onlarla əlaqə qurmaq, aldatma yolu ilə görüşə razı salmaq və fiziki zorakılıq tətbiq etmək barədə razılaşıblar. Qiorqi Rikadze, Demetre Çikovani, Aleksandre Qabaşvili və digər şəxslər müxtəlif kommunikasiya vasitələri ilə, guya qız adından yazaraq seçilmiş qurbanlarla əlaqə saxlayır, onları çölə çıxmağa məcbur edir, əvvəlcədən müəyyən edilmiş vaxt və yerdə görüşə razı salır, pusqu qurur və onlara qarşı qrup şəklində fiziki zorakılıq tətbiq edirdilər. Bu zorakılıq qurbanların amansızcasına döyülməsi və sözlə təhqir olunması ilə ifadə olunurdu”.

Mikaianın sözlərinə görə, onlar zorakılıq səhnələrini özləri videoya çəkir, mobil telefonlarda saxlayır və məqsədli qruplarda yayırdılar.
Prokurorluğun sadaladığı zorakılıq faktları 2025-ci ildə baş verib:
  • “2025-ci ilin qışında Qiorqi Rikadze, Aleksandre Qabaşvili, Demetre Çikovani və digər şəxslər, guya 30 yaşadək bir kişinin onlardan birinin tanışı olan qıza sosial şəbəkə vasitəsilə yazması səbəbilə onu cəzalandırmaq və qorxutmaq qərarına gəliblər. Bu məqsədlə 2025-ci ilin fevralında, gecə saatlarında, onlar zərərçəkəni aldadaraq Tbilisi şəhərinin Didi Diğomi rayonunun 3-cü mikrorayonunda yerləşən 20-ci binanın yaxınlığına gətiriblər və bədənin müxtəlif nahiyələrinə dəfələrlə əl və ayaq zərbələri endirərək ona fiziki zorakılıq tətbiq ediblər. Zorakılıq prosesi mobil telefonla çəkilib”.
  • “Həmçinin 2025-ci ilin yayında Tbilisinin Didi Diğomi rayonunun 3-cü mikrorayonunda yerləşən 21-ci binanın yaxınlığında Qiorqi Rikadze və Aleksandre Qabaşvili digər şəxslərlə birlikdə əvvəlcədən seçilmiş qurbana bədənin müxtəlif nahiyələrinə dəfələrlə əl və ayaq zərbələri endirərək amansız fiziki zorakılıq tətbiq ediblər və bu proses mobil telefonla qeydə alınıb”.
  • “Eyni məqsəd və motivlə 2025-ci ilin fevralında Qiorqi Rikadze Demetre Çikovani və digər şəxslərlə birlikdə binalardan birinin girişində onlar üçün qəbuledilməz hesab edilən şəxsi cəzalandırmaq və qorxutmaq məqsədilə əvvəlcədən seçilmiş qurbana hücum edib, bədənin müxtəlif nahiyələrinə dəfələrlə əl və ayaq zərbələri endirərək fiziki zorakılıq tətbiq edib və onu sözlə təhqir ediblər. Bu proses də mobil telefonla çəkilib”.
  • “2025-ci ilin sentyabr ayının əvvəlində, təxminən saat 21:00-dan 22:00-dək olan vaxt intervalında, Tbilisinin Didi Diğomi rayonunun 3-cü mikrorayonunda yerləşən yeni skverdə Demetre Çikovani və digər şəxslər orada olan gənclərə fiziki zorakılıq tətbiq ediblər. Onlar zərərçəkənlərə hücum edərək bədənin müxtəlif nahiyələrinə dəfələrlə əl və ayaq zərbələri endiriblər”.
Aleksandre Qabaşvili və Qiorqi Rikadze, prokurorluğun bundan əvvəl Qiqa Avalianinin işi üzrə Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 4-cü hissəsi ilə (qrup halında törədilmiş, ölümə səbəb olan qəsdən ağır bədən xəsarəti yetirmə) ittiham etdiyi şəxslər, digər zorakı cinayətlərə görə daha ağır ittihamlarla üzləşiblər — konkret olaraq 225-ci maddənin 1-ci və 2-ci hissələri ilə, bu maddələr qrup hərəkətlərinin təşkilini və bu hərəkətlərdə zorakılıqla iştirak etməni nəzərdə tutur. Bu ittiham sübuta yetirilərsə, 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Eyni ittiham Demetre Çikovaniyə də irəli sürülüb. O, Qiqa Avalianinin işi üzrə Gürcüstan Cinayət Məcəlləsinin 18 və 117-ci maddəsinin 3-cü hissəsinin “l” bəndi ilə (qrup halında qəsdən ağır bədən xəsarəti yetirməyə hazırlıq) ittiham olunur.

Hazırda hər üç təqsirləndirilən şəxs həbsdədir.

Qiorqi Mikaianın sözlərinə görə, “cinayət işi üzrə Daxili İşlər Nazirliyində istintaq davam edir və əgər hər hansı digər şəxsin məsuliyyəti müəyyən edilərsə — istər cinayətin təşkili, istərsə də digər cinayət fəaliyyəti istiqamətində — ittiham tərəfi tərəfindən müvafiq hüquqi tədbirlər görüləcək. Həmçinin Daxili İşlər Nazirliyində yeni aşkar edilmiş cinayət faktlarında iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam edir”.

28 yaşlı müəllim Qiqa Avalianiyə Tbilisinin Temka qəsəbəsində azyaşlılar tərəfindən zorakılıq edilib. Bundan sonra o, 23 gün yaşayıb və 24 oktyabr tarixində huşuna gəlmədən vəfat edib.

Bu iş üzrə müxtəlif maddələrlə dörd yeniyetmə saxlanılıb. Onlardan biri gənc kişiyə ölümə səbəb olan ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Qiqa Avalianinin ailəsinin əsas tələbi ondan ibarətdir ki, prokurorluq işi qrup halında törədilmiş cinayət maddəsi ilə araşdırsın və 28 yaşlı müəllimin işi ilə əlaqəsi olan bütün şəxslər, o cümlədən hadisə barədə məlumatı olub polisə bildirməyənlər də məsuliyyətə cəlb edilsin. Eka Kupatadze hesab edir ki, yeniyetmələr onun oğlu Qiqa Avalianinin qətlini qrup halında planlaşdırıblar. Lakin prokurorluq bu iş üzrə qətl maddəsini tətbiq etməyib.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google