Dünyada baş verən xəbərlərin icmalı
Dünyada baş verən xəbərlərin icmalı.

1️⃣ Kanadada məktəbdə silahlı insident
Kanadanın Britaniya Kolumbiyası əyalətində məktəbdə silahlı insident baş verib.
Hadisə nəticəsində hücum edən şəxs də daxil olmaqla azı 10 nəfər həyatını itirib.
25 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib.
Polis faciənin səbəblərini araşdırır.

2️⃣ UNICEF: 200 milyon uşaq yardıma möhtacdır
UNICEF bildirir ki, 2026-cı ildə

130-dan çox ölkədə 200 milyondan artıq uşaq humanitar yardıma ehtiyac duyacaq.
Qurumun rəhbəri Ketrin Rasselin sözlərinə görə, münaqişələr və iqlim böhranı vəziyyəti ağırlaşdırır.
Fond beynəlxalq tərəfdaşları daha güclü dəstəyə çağırır.

3️⃣ Qazaxıstan peyk internetini genişləndirir
Qazaxıstan Tacikistan, Qırğızıstan və Monqolustana peyk interneti təqdim etməyi planlaşdırır.
Nazir Jaslan Madiyev bildirib ki, ölkədə 1900 kənd optik şəbəkə ilə təmin olunacaq.
“Starlink” stansiyaları vasitəsilə internet region ölkələri üçün də əlçatan olacaq.

4️⃣ Türkiyədə yeni ədliyyə naziri
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Akın Gürleki ədliyyə naziri təyin edib.
Gürlek son bələdiyyə seçkilərindən sonra müxalifətə qarşı tədbirlərə rəhbərlik edirdi.
Təyinat müxalifət tərəfindən tənqidlə qarşılanıb.

5️⃣ İran: Nüvə proqramı dincdir
İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə proqramının dinc məqsədli olduğunu bildirib.
O, beynəlxalq müfəttişləri qəbul etməyə hazır olduqlarını deyib.
Bu arada ABŞ bölgədə hərbi qüvvələrini gücləndirib, diplomatik danışıqlar davam edir.

6️⃣ Ukraynada seçki və referendum planı
“The Financial Times” yazır ki, Ukraynada prezident seçkiləri və mümkün sülh sazişi üzrə referendum planlaşdırılır.
ABŞ administrasiyası səsvermələrin mayın ortalarınadək keçirilməsini istəyir.
Rəsmi Kiyev isə hələlik bu məlumatı təsdiqləməyib.

7️⃣ Əliyev və Vens görüşü
Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens ikitərəfli görüş keçiriblər.
Tərəflər regional sülh təşəbbüsləri, iqtisadi əməkdaşlıq və etimadyaratma addımlarını müzakirə ediblər.
Məhbusların azad olunması məsələsi də gündəmdə olub.

8️⃣ Aİ sığınacaq qaydalarını dəyişir
Avropa Parlamenti sığınacaq prosedurları ilə bağlı yeni dəyişiklikləri təsdiqləyib.
Bir sıra ölkələr, o cümlədən Gürcüstan və Türkiyə “təhlükəsiz mənşə ölkə” siyahısına salınıb.
Qərar Aİ Şurası tərəfindən də təsdiqlənməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google