Apellyasiya Məhkəməsi “pencək işi” üzrə Saakaşvili və Canaşiyaya təyin edilmiş təxminən 9 milyon lari zərərin ödənilməsi qərarını qüvvədə saxlayıb
Tbilisi Apellyasiya Məhkəməsi dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsi işi üzrə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qərara əsasən, məhkum olunmuş şəxslər – Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və onun keçmiş mühafizə rəisi Temur Canaşiya dövlətin xeyrinə təxminən 9 milyon lari ödəməlidirlər.

2025-ci il 29 sentyabr tarixində Tbilisi Şəhər Məhkəməsi Maliyyə Nazirliyinin mülki iddiasını təmin etmiş və eks-prezidentlə

yanaşı onun keçmiş mühafizə rəisi Temur Canaşiyanı dövlət büdcəsinə ümumilikdə təxminən 9 milyon lari ödəməyə məcbur etmişdi.

Mixeil Saakaşvili məhkəmənin qərarını anası Giuli Alasania tərəfindən təsis edilmiş “Gürcüstan Universiteti” ilə əlaqələndirir. O, məhkəmə prosesində bildirib ki, bu qərarla universiteti bağlamağa çalışırlar. Saakaşvilinin sözlərinə görə, onun mülkiyyəti 75 kvadratmetrlik evdən, bir yarım hektar üzüm bağından və Kiyevdə yerləşən bir evdən ibarətdir.

Giuli Alasania isə bildirib ki, universitet onun oğlunun fəaliyyəti ilə əlaqəli deyil və qanuna görə icra prosesində universitetin müsadirə olunmasının mümkün olmadığını düşünür.

Mixeil Saakaşvili və Temur Canaşiya “pencək işi” üzrə 2025-ci il 12 martda təqsirli biliniblər.

Saakaşvili böyük məbləğdə vəsaiti dəfələrlə mənimsəməkdə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.

Temur Canaşiya isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinib və ona 300 min lari məbləğində cərimə tətbiq olunub.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google