Tbilisidə qrup halında törədilən quldurluqda şübhəli bilinən dörd nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları qrup halında törədilən quldurluq ittihamı ilə dörd nəfəri saxlayıblar. Saxlanılan şəxslər 2006-cı il təvəllüdlü Q.X., 2007-ci il təvəllüdlü N.K., 2006-cı il təvəllüdlü Q.A. və 2002-ci il təvəllüdlü B.A.-dır.

Qurumun məlumatına görə, aparılan istintaq tədbirləri nəticəsində müəyyən ed

ilib ki, təqsirləndirilən şəxslər Tbilisidə xarici ölkə vətəndaşı, 1995-ci il təvəllüdlü Q.Q.-yə quldurluq məqsədilə hücum ediblər. Onlar kişiyə fiziki zor tətbiq edərək pul kisəsini, bahalı telefonu və saatını əlindən alıblar, daha sonra isə hadisə yerindən qaçıblar.

Zərərçəkmiş aldığı xəsarətlər səbəbindən klinikaya çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib. Təqsirləndirilən şəxslərin vurduğu maddi ziyanın məbləği 10 min lari təşkil edir.

Polis hər dörd şəxsi təqsirləndirilən şəxs qismində saxlayıb. Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google