Gürcüstanda qanunsuz yaşayan 31 xarici ölkə vətəndaşı saxlanılıb
Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbirləri keçiriblər. Nəticədə 31 xarici ölkə vətəndaşı saxlanılıb.

DİN-in məlumatına görə, saxlanılanlar arasında Hindistan, Türkiyə, Özbəkistan, Keniya, Pakistan, Çin, Belarus və Qazaxıstan vətəndaşları var.

Kompleks tədbirlər çərçivəsində departament əməkdaşları müxtəlif məkanlarda və təyinatlı obyektlərdə yoxlamalar aparıblar. Bu yoxlamaların məqsədi Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici vətəndaşların aşkarlanması olub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ölkədə “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununun tələblərini pozaraq qalırdılar.

Hazırda onlar Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılır və ölkədən çıxarılmaları üçün müvafiq prosedurlar həyata keçirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec

olmadan mübarizə aparaq.

Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google