Tkibuli, Kursi kəndində torpaq sürüşməsi 38 ailəni evsiz buraxdı
Tkibuli bələdiyyəsinin meriyasının məlumatına görə, Tkibuli bələdiyyəsinin Kursi kəndində – Beroze və Qoqolaşvili məhəllələrində sürüşmə proseslərinin inkişafı nəticəsində 5 yaşayış evi dağılıb.

Məlumata əsasən, sürüşmə zonasından 38 ailə evakuasiya edilib. Hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

“Xəsarət alan yoxdur. Zərər çəkmiş ailələrin hotellərdə yerləşdirilməsini Tkibuli bələdiyyəsinin meriyası təmin edəcək.

Təbii fəlakət zonasına İmereti

bölgəsində dövlət nümayəndəsi Levan Zalkaliani, Tkibuli bələdiyyəsinin meri Davit Kublaşvili, həmçinin regional və yerli hakimiyyət nümayəndələri gəliblər. Sürüşmə zonasına Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin İmereti yanğın-xilasetmə qrupları və bütün müvafiq xidmətlər səfərbər olunub.

Yaranmış vəziyyətlə əlaqədar olaraq bələdiyyədə qaynar xətt fəaliyyət göstərir:

599273250

574228102”,
– məlumatda qeyd olunur.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google