“Gürcüstan tərəfdən heç bir tələb və ya çağırış
olmayıb”, - bu barədə Ermənistanın baş naziri Nikol
Paşinyan bildirib.
Paşinyan brifinqdə jurnalistlərin sualını cavablandıraraq deyib ki,
Avropa Parlamentində çıxış zamanı qeyd edilən “Ermənistanın Avropa
İttifaqına inteqrasiya yolunda ən böyük əngəllərdən biri Avropa
İttifaqı ilə Gürcüstan arasında siyasi dialoqun donmasıdır” ifadəsi
üçün Gürcüstan tərəfdən heç bir tələb və
çağırış olmayıb.
“Digər tərəfdən, biz birgə gündəm üzərində işləyirik.
Mən Avropa Parlamentində tribunadan öz narahatlığımı bildirdim,
çünki biz həqiqətən də Avropa İttifaqı ilə Gürcüstan arasındakı
münasibətlərdə yaranmış vəziyyətdən narahatıq. Bu, bizi narahat
edir,” – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Paşinyan dünən Avropa Parlamentində çıxış edib.
“Gürcüstan bizim üçün Avropa İttifaqına doğru gedən
yoldur və biz Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük
prosesinə başlanması haqqında qanunu qəbul etdik, bunu Gürcüstan Aİ
namizəd statusu aldıqdan sonra etdik. Bu, Ermənistanın Aİ-ə üzvlük
perspektivini əlçatan etdi və bizim gözləntimiz və tələblərimiz
budur ki, Avropa İttifaqı ilə Gürcüstan arasında konstruktiv proses
inkişaf etsin. Bu, Ermənistan üçün də, Gürcüstan üçün də eyni
dərəcədə önəmlidir,” – deyə baş nazir əlavə edib.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.