6 ildən yuxarı avtomobillərin gömrük rəsmiləşdirilməsi orta hesabla neçəyə başa gələcək

6 ildən artıq yaşı olan avtomobillərin idxalı artıq qadağan edilməyəcək, lakin gömrük rüsumu təxminən 6 dəfə artırılacaq.


Bu barədə bu gün Baş nazir İrakli Kobaxidze hökumət iclasında danışıb.

Gəlirlər Xidmətinin hesablamalarına əsasən, gömrük rüsumu avtomobilin növü (benzin, dizel, hibrid, elektrik), yaşı və mühərrik həcmi nəzərə alınmaqla hesablanır.

Cari tariflərə görə, 6 ildən artıq yaşı olan avtomobillərin gömrük rüsumu üçün hər bir kub santimetr mühərrik həcmi 0,8 lari aksizlə vergiyə cəlb olunur. Hökumət tərəfindən bu gün təqdim edilən dəyişikliklə isə tarif 4,5 lariyə yüksəlir ki, bu da aksizin 5,6 dəfə artması deməkdir.

Nəticə olaraq, 6 ildən artıq yaşı

olan (məsələn, 2019-cu il istehsalı) 2.0 (2000 kub santimetr) mühərrikli benzin avtomobilini götürsək, indiki gömrük rəsmiləşdirilməsi orta hesabla 1 600 laridir, dəyişiklikdən sonra isə 9 000 lari olacaq.

Nümunələr:
• 1.0 mühərrikli avtomobil əvvəllər 800 lari başa gəlirdisə, indi yalnız gömrük rüsumu 4 500 lari olacaq;
• 1.5 mühərrikli avtomobil əvvəl 1 875 lari başa gəlirdisə, yenilənmiş tariflə 6 750 lari olacaq;
• 3.0 mühərrikli avtomobilin gömrük rüsumu 2 400 lari əvəzinə 13 000 lari olacaq.

Xatırladaq ki, hökumətin qərarına əsasən, aprelin 1-dən etibarən Gürcüstana 6 ildən artıq yaşı olan M1 kateqoriyalı avtomobillərin idxalı qadağan ediləcəkdi. Yeni qərara görə isə gömrük rüsumu artırılacaq.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google