Gürcüstanda 1,1 mln biznes subyekti qeydiyyatdan keçib – hüquqi formalar üzrə bölgüsü

2026-cı il yanvarın 1-nə olan vəziyyətə görə, Gürcüstanda 1 102 139 biznes subyekti qeydiyyatdan keçib ki, onlardan yalnız 294 573-nün aktiv statusu var.


Milli Statistika Xidmətinin məlumatına görə, qeydiyyatdan keçmiş bizneslərin təxminən 26,7%-i aktivdir.

Xatırladaq ki, 2026-cı ilin aprel ayına qədər müəssisələr qeydiyyat məlumatlarını “Sahibkarlar haqqında” qanunda müəyyən edilmiş tələblərə uyğunlaşdırmalıdırlar.

Əgər 2026-cı ilin 1 aprel tarixinədək müəssisə/filial qanuna uyğun məlumatları təqdim etməzsə, onun qeydiyyatı dayandırılacaq.

Qanuna əsasən, bu öhdəlik 2022-ci ilin 1 yanvar tarixinədək qeydiyyatdan keçmiş aşağıdakı növ müəssisələrə aiddir:
• Məhdud məsuliyyətli cəmiyyət;
• Solidarlıq məsuliyyətli cəmiyyət;
• Səhmdar cəmiyyəti;
• Komandit cəmiyyət;
• Kooperativ;
• Xarici müəssisənin filialı.

Bu öhdəlik fərdi sahibkarlar və qeyri-kommersiya hüquqi şəxslərə aid deyil.

Milli Statistika Xidmətinin məlumatlarına əsasən, Gürcüstanda hüquqi forma üzrə qeydiyyatdan keçən biznes subyektlərinin sayı belədir:
• Fərdi sahibkar – 667 318 (aktiv – 201 111);
• Kommersiya hüquqi şəxslər – 388 887 (aktiv – 86 126);
• Məhdud məsuliyyətli cəmiyyət – 376 987 (aktiv – 84 984);
• Qeyri-kommersiya hüquqi şəxslər – 33 925 (aktiv – 3 987);
• Kooperativ – 5 774 (aktiv – 165);
• Dövlət hüquqi subyektləri – 5 306 (aktiv – 2 638);
• Səhmdar cəmiyyəti – 3 201 (aktiv – 844);
• Solidarlıq məsuliyyətli cəmiyyət – 2 740 (aktiv – 117);
• Komandit cəmiyyət – 185 (aktiv – 16);
• Digər – 6 703 (aktiv – 711).

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google