“Avtomobil 3-4 dəfə bahalaşa bilər – insan belə avtomobili fiziki olaraq ala bilməyəcək” – Avtomobil idxalçıları assosiasiyasının rəhbəri

“Gömrük rüsumu o qədər bahalaşır ki, insan fiziki olaraq belə bir avtomobili ala bilmir, alıcı üçün nə dəyişir?!”, – deyə “Biznespressnews”a avtomobil idxalçıları assosiasiyasının rəhbəri Aleks Noniadze hökumətin yeni qərabına belə reaksiya verib.


Baş nazir İrakli Kobaxidzenin bu gün keçirilən hökumət iclasında bildirdiyinə görə, 6 ildən köhnə avtomobillərin qeydiyyatının qadağan edilməsinə dair qərarda dəyişiklik edilib

və vətəndaşlar avtomobil idxalını və qeydiyyatını həyata keçirə biləcəklər, lakin artırılmış aksiz ödəməli olacaqlar. Konkret olaraq, baş nazirin sözlərinə görə, 6 ildən köhnə avtomobilin idxalına 1 kub santimetr üçün 4,5 larilik gömrük rüsumu tətbiq ediləcək.

Aleks Noniadze qeyd edib ki, bu, köhnə avtomobillərin qiymətinin o qədər qalxmasına səbəb ola bilər ki, onların gətirilməsi artıq məntiqli olmayacaq.

“Qərarı qəbul edirik ki, qadağa götürülsün. Lakin əgər gömrük rüsumu o qədər bahalaşıbsa ki, insan fiziki olaraq belə bir avtomobili ala bilmir, alıcı üçün nə dəyişir?! Düzünü deyim, bu vəziyyət belədir: “Keçi aldım, keçi satdım”. Bu alıcı üçün nəyi dəyişir?!
Əgər qiymət o qədər bahalaşacaqsa ki, vətəndaş 6 ildən köhnə avtomobili almağa pul tapmayacaq, o zaman o, ən yeni avtomobili alacaq ki, bəlkə daha ucuz da başa gələcək. Təbii ki, köhnə avtomobillər artıq gətirilməyəcək. Tutaq ki, alternativiniz var: 2026-cı il istehsalı maşın “X” məbləğinə başa gəlir, 2016-cı il isə iki dəfə bahadır – hansını alarsınız?!
Əgər gömrük rüsumu əvvəl 0,8 laridirsə və indi 4,5 lari olubsa, bu, əlbəttə, qəbulolunan deyil. Biz aksiz dərəcəsinin artırılmasına razı idik, lakin üç və ya dörd dəfə artımına yox. Razı idik ki, gömrük rüsumu artırılsa, 300-400 lari civarında artsın.
Ətraflı məlumat lazımdır, hələ tam qərar verməmişik, bu qərar nəyi dəyişir, bunu görməliyik. Lakin ilkin məlumatlara əsaslanaraq, 6 ildən köhnə avtomobillər vətəndaş üçün 3-4 dəfə bahalaşa bilər. Belə olan halda, gömrük rüsumunu artırmaq və ya məhdudlaşdırmaq nəyi dəyişir?! Hətta daha pis də ola bilər”,
– deyə Noniadze “Biznespressnews”a açıqlamasında bildirib.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google