ABŞ-ın energetika naziri Kris Rayt martın 12-də bildirib ki,
dünyada bir barel neftin qiyməti 200 dollara çatmayacaq.
Bu, ABŞ və İsrailin İranla müharibəsi nəticəsində Hörmüz boğazında
neft tankerələrinin hərəkətinin mümkünsüz olmasına baxmayaraq
belədir. Bu barədə Reuters agentliyi CNN-ə istinadən Raytın
sözlərini yayıb.
“Deyərdim ki, bu ehtimal çox aşağıdır, lakin biz hərbi
əməliyyata və problemin həllinə fokuslanmışıq”,
– deyə o,
qiymətin 200 dollara çatıb-çatmayacağı ilə bağlı suala cavab
verərkən bildirib.
İranlı rəsmi isə bir gün əvvəl qeyd edib ki, müharibə davam edərsə,
qiymət bu səviyyəyə çata bilər.
Rayt həmçinin cümə axşamı CNBC-yə bildirib ki, hazırda ABŞ Hərbi
Dəniz Qüvvələri Hörmüz boğazında gəmiləri müşayiət edə bilmir,
lakin bunun ayın sonunadək mümkün olacağı “kifayət qədər
ehtimallıdır”.
ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatına cavab
olaraq İran Fars körfəzi ətrafındakı, ABŞ hərbi bazalarının
yerləşdiyi ölkələrə raket zərbələri endirməyə başlayıb. Eyni
zamanda İsrail obyektləri də bombardman edilir. Bununla yanaşı,
İran Hörmüz boğazını bağlayıb. Bu boğazdan gündəlik 20 milyon barel
neft daşınır ki, bu da 2024-cü ilin məlumatına görə dünya
istehlakının 20 faizini təşkil edir. Bundan əlavə, dünya üzrə
mayeləşdirilmiş qazın beşdə biri də bu boğazdan keçir.
Həftənin əvvəlində dünya bazarında bir barel neftin qiyməti 120 ABŞ
dollarını keçmişdi. Daha sonra qiymətlər nisbətən sabitləşərək 100
dollardan aşağı düşdü.
Tanker və neft obyektlərinə yeni zərbələr fonunda martın 12-si
səhər Asiya birjalarında Brent markalı neftin bir barelinin qiyməti
yenidən 100 dolları keçib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415