Gürcüstan Parlamentində İnzibati Xətalar Məcəlləsinə
dəyişiklikləri nəzərdə tutan və dövlət sərhəd-keçid məntəqələrinin
yaxınlığında yerləşən avtodayanacaqların
fəaliyyətinin tənzimlənməsinə aid qanun layihəsi irəli sürülüb.
Hüquq məsələləri komitəsinin iclasında qanun layihəsini bu gün
maliyyə nazirinin müavini Giorgi Kakauridze təqdim edəcək.
Qanun layihəsinə əsasən, inzibati məsuliyyət avtonəqliyyat
vasitələrinin növbələrinin idarə edilməsi elektron sisteminə
qoşulmuş və dövlət sərhədinin quru hissəsindəki sərhəd-keçid
məntəqələrinin yaxınlığında
yerləşən bütün avtodayanacaqlara şamil
ediləcək. Dəyişikliyin məqsədi yerləşməsindən asılı olmayaraq,
avtodayanacaqların iş qaydalarının pozulmasının inzibati xəta
sayılmasıdır.
Hazırda qüvvədə olan norma sərhəd-keçid məntəqəsindən 20
kilometrdən çox olmayan radiusda yerləşən və müəyyən kateqoriyalı
nəqliyyat vasitələri üçün nəzərdə tutulan avtodayanacaqlarda
qaydaların pozulmasını inzibati xəta hesab edir. Qanun layihəsinə
əsasən, qeyd olunan konkret radius və nəqliyyat vasitələrinin
kateqoriyaları məcəllədən çıxarılacaq və bunun əvəzinə hökumətin
müvafiq normativ aktına istinad ediləcək.
İzahat vərəqəsinə əsasən, dəyişiklik hökumətin
reqlamentlərində edilmiş dəyişikliklərlə bağlıdır. Xüsusilə,
2023-cü ildə hökumətin qərarı ilə Darial sərhəd-keçid məntəqəsi ilə
bağlı avtodayanacağın yerləşmə məsafəsi tələbi dəyişdirilib. Qeyd
olunan sahədə avtodayanacağın yerləşdirilməsi keçid məntəqəsindən
25 kilometrdən çox olmayan radiusda mümkündür ki, bu da digər
sahələr üçün müəyyən edilmiş qaydadan fərqlənir.
Qanun layihəsi müəlliflərinin izahatına görə, dəyişikliyin məqsədi
odur ki, gələcəkdə bu cür texniki parametrlərin dəyişdirilməsi
hökumət səviyyəsində həll edilsin və bunun üçün qanunvericiliyə
dəyişikliklərin edilməsinə ehtiyac qalmasın.
"
Gürcüstan dövlət sərhədinin quru hissəsinin sərhəd-keçid
məntəqəsindən Gürcüstan hökumətinin normativ aktı ilə müəyyən
edilmiş radiusda yerləşən və avtonəqliyyat vasitələrinin
növbələrinin idarə edilməsi elektron sisteminə qoşulmuş
avtodayanacağın işinin Gürcüstan qanunvericiliyi ilə müəyyən
edilmiş qaydalarının pozulması - 500 lari məbləğində cəriməyə səbəb
olacaq", - deyə qanun layihəsində bildirilir.
Qanun layihəsinin müəllifi Gürcüstanın Maliyyə Nazirliyi,
təşəbbüskarı isə Gürcüstan Hökumətidir. Dəyişiklik qəbul edildiyi
təqdirdə qanun dərc olunan kimi qüvvəyə minəcək.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415