Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev
Gürcüstanın Katolikos-Patriarxı II İlianın vəfatı ilə əlaqədar
olaraq başsağlığı verib.
Bu barədə o şəxsi feysbuk səhifəsində məlumat paylaşıb. O
bəyanatında dərin hüzn və kədərini ifadə edib.
“Bütün Gürcüstanın Katolikos-Patriarxı, II-ci İlianın vəfatı ilə
əlaqədar dərin hüzn və təəssüfümüzü bildiririk. Onun uzun illər
ərzində dinlərarası hörmətin, sülhün və ictimai həmrəyliyin
möhkəmləndirilməsi sahəsində göstərdiyi xidmət xüsusi əhəmiyyətə
malik idi.
Bu ağır itki ilə əlaqədar Gürcüstan Pravoslav Kilsəsinə və bütün
pravoslav din adamlarına başsağlığı veririk.
Hörmətlə,
Bütün Gürcüstan Müsəlmanları İdarəsi”, - Nəbiyev
yazıb.
17 mart tarixində, gecə saatlarında 93 yaşında Gürcüstan Pravoslav
Kilsəsinin patriarxı II İlia (dünyəvi adı ilə İrakli Şiolaşvili)
vəfat edib.
Onun vəfatı ilə bağlı məlumat saat 22:47-də klinika yaxınlığında
patriarxın taxt-tacının müvəqqəti icraçısı, mitropolit Şio Mujiri
tərəfindən təsdiqlənib.
Hökumətin bəyanatına əsasən, ölkə ərazisində bütün inzibati
binalarda dövlət bayraqları endiriləcək.
Patriarxın cənazəsi bu gün, 18 mart tarixində Sameba Kafedral
Kilsəsinə aparılacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.