Gürcüstan Qərbi Afrikada yerləşən Toqo Respublikası ilə ticarətə
başlayıb.
Neft məhsullarının alınması nəticəsində Toqo Gürcüstan üçün əsas
ixrac ölkələrinin ilk onluğuna, yerli (lokal) ixrac üzrə isə ilk
üçlüyə daxil olub.
İxrac göstəricilərinə görə Toqo hətta ABŞ, Almaniya, Yunanıstan,
İsrail, İtaliya, İsveçrə, Ukrayna və s. kimi ölkələri də geridə
qoyub. Yerli ixrac üzrə isə qonşu Ermənistanı belə keçib.
Toqo haqqında
Qərbi Afrikada yerləşən Toqo Respublikası 1960-cı ildən bəri
müstəqildir. Ölkənin ərazisi 56 785 kvadrat kilometrdir. Onun
qonşuları Benin, Qana və Burkina-Fasodur.
Toqoya neft ixrac edilir
Toqoya ümumilikdə 19 milyon dollardan çox dəyərdə neft məhsulları
ixrac edilib. Gürcüstan Statistikasının məlumatına görə, bununla
ölkə Gürcüstanda istehsal olunan məhsulların (yerli ixracın)
göstəricisi üzrə dördüncü yerdədir:
• Çin – 79,7 mln dollar
• Rusiya – 50,1 mln dollar
• Türkiyə – 26,8 mln dollar
• Toqo – 19 mln dollar
Məhz neft məhsullarının ixracı istiqamətində isə Toqo Gürcüstan
üçün əsas tərəfdaşdır:
• Toqo – 19 mln dollar
• Birləşmiş Ərəb Əmirlikləri – 11,9 mln dollar
• Malta – 352 min dollar
• Özbəkistan – 285 min dollar
Gürcüstandan ümumilikdə 31,9 milyon dollarlıq neft ixrac edilib ki,
bu da ötən ilin eyni göstəricisindən 14,6 dəfə çoxdur.
Lokal ixrac Gürcüstanda istehsal edilən neftin ixracı deməkdir.
Gürcüstanın özündə isə neft hasilatı demək olar ki, yoxdur.
Statistikaya görə, fevral ayında ölkəyə yalnız Rusiyadan xam neft
idxal edilib – ümumilikdə 34 milyon dollar dəyərində.
Buna baxmayaraq, Gürcüstanda xam neft hasil olunmaması ölkənin
ixracında neft məhsullarının ötən ay ikinci yerdə olmasına mane
olmayıb.
Cari ilin yanvarında Gürcüstandan 58,7 milyon dollarlıq neft və
neft məhsulları ixrac olunub. Ötən illə müqayisədə bu rəqəm 401,5%
artıb.
O zaman neftin böyük hissəsi üç ölkəyə göndərilmişdi və onların
arasında Toqo yox idi:
• Türkiyə – 24,3 mln dollar
• Malta – 16,2 mln dollar
• Sinqapur – 11,9 mln dollar
Xam neft haradan idxal olunur?
Gürcüstana idxal olunan xam neft barədə statistik məlumatlar
2009-cu ildən etibarən göstərilir. Bu müddət ərzində ümumilikdə 10
ölkədən 257 milyon dollar dəyərində xam neft idxal olunub.
Rusiyadan xam yanacaq 2014–2017-ci illərdə gətirilirdi, daha sonra
bir neçə illik fasilə yarandı. İşğalçı ölkədən idxal 2022-ci ildən
yenidən başladı və artmaqda davam edir. Təkcə 2025-ci və 2026-cı
ilin ilk ayında Rusiyadan ümumilikdə 155 milyon dollarlıq yanacaq
idxal olunub.
Kulevi neft terminalı
İqtisadçı, müxalif siyasətçi və parlamentin sabiq üzvü, „Vahid
Milli Hərəkat“dan Roman Qotsiridze ötən ay məlumatları
araşdırdıqdan sonra ehtimal etmişdi ki, Kulevi limanı
sanksiyalardan yayınmaqda istifadə edilə bilər.
O güman edirdi ki, Rusiyadan xam neft deyil, hazır məhsul — dizel
və ya benzin gətirilərək sənədlərdə xam neft kimi göstərilib. Onun
sözlərinə görə, “ötən ilin noyabr-dekabr aylarında baş verən
afioranın davamı” ola bilər.
O bildirmişdi:
“Sənədlərdə göstərilən xam neft əvəzinə Rusiya
istehsalı dizel və ya benzin gətirilib və bu, guya yerli istehsal
kimi ixraca göndərilib. Bu, gömrük sənədlərinin saxtalaşdırılması
və cinayət məsuliyyəti yaradan əməl deməkdir.”
Sanksiya riski
Kulevi neft terminalının Rusiyaya qarşı sanksiyaların 20-ci
paketinə salınması müzakirə olunmuşdu, lakin bu baş vermədi.
Aİ-nin sanksiya məsələləri üzrə xüsusi nümayəndəsi David
O’Sallivanın məktubuna əsasən, “mövqe dəyişdirilib”, çünki
Gürcüstan hökuməti və limanın operatoru müəyyən öhdəliklər
götürüblər. Belə ki, onlar sanksiyaya məruz qalan gəmilərin limana
girişinə və xidmət göstərilməsinə icazə verməməyi öhdələrinə
götürüblər.
Azadlıq Radiosu 16 martda “Gürcü Arzusu”nun hökumət başçısı İrakli
Kobaxidzeyə sual ünvanlamışdı: Gürcüstanda neft hasil olunmadığı
halda, statistik göstəricilər Kulevi neft terminalına dair şübhə
doğurubmu?
Kobaxidzenin cavabı
belə olub:
“Konkret bir hal var – əvvəl zavod yox idi, indi zavod
var. Neftin emalı adi bir prosesdir. Ölkənin neft hasil edən olması
şərt deyil ki, neft məhsullarını emal edə bilməsin – bu halda da
elədir.
Kulevi limanına gəldikdə isə, bu barədə aydın izah verildi – Kulevi
terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur və
Gürcüstan tərəfi bununla bağlı sübutlar təqdim
edib.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.