Amiran Qiorqadze: Bayram təbriki və Patriarxın vəfatı ilə bağlı göstərilən həmrəyliyə görə təşəkkür

Amiran Qiorqadze marneulililəri Novruz və Ramazan bayramları münasibətilə təbrik edir, Patriarxa göstərilən həmrəyliyə görə təşəkkür edir.


Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze yerli əhalini Novruz Bayramı və Ramazan ayı münasibətilə təbrik edib.

"Mənim əziz marneulililərim, mənim azərbaycanlı bacı və qardaşlarım, sizi Ramazan Bayramı və Novruz Bayramı münasibətilə böyük hörmət və sevgi ilə təbrik edirəm!

Novruz

axı birlik, qarşılıqlı hörmət və sevgi bayramıdır. Bu günlərdə hər birinizin göstərdiyi dəstəyə və ortaq kədərimizi birlikdə paylaşdığımıza görə səmimi təşəkkürümü bildirirəm.

Məhz belə dəstəklə, birliklə, bir-birimizin sevincini və kədərini paylaşaraq əsrlər boyu yaşayırıq və borcumuzdur ki, bu münasibətlərə, istiliyə və sevgiyə daha çox qayğı göstərək, çünki bu, əvəzsizdir!"


Qeyd edək ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlianın vəfatı ilə əlaqədar ölkədə elan olunmuş matəm səbəbindən Novruzla bağlı təntənəli tədbirlər təxirə salınıb. Məclis sədri Marneulinin müsəlman icmasına müraciət edərək, kədərli günlərdə göstərdikləri böyük həmrəyliyə görə minnətdarlığını bildirib.




Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google