Hörmüz boğazının blokadası əməliyyatını dəstəkləmək üçün azı 15 ABŞ
hərbi gəmisi cəlb edilib.
Bu barədə "The Wall Street Journal" yüksəkrütbəli məmura istinadən
yazır.
Qrupa təyyarədaşıyan gəmi, idarəolunan raketli bir neçə esmines,
desant gəmisi və regiondakı digər döyüş gəmiləri daxildir.
Helikopterlər bu gəmilərdən qalxaraq tankerlərin göyərtəsinə desant
endirə bilir.
BBC peyk görüntülərinə istinadən xəbər verir ki, Birləşmiş
Ştatların
"Abraham Lincoln" atom aviadaşıyıcısı aprelin 11-də İran
sahillərindən 200 km cənubda, Oman körfəzində lövbər salıb.
Təyyarədaşıyanın yaxınlığında iki gəmi də görünür, ölçüsünə və
formasına görə onlar idarəolunan raketlərlə təchiz olunmuş
esmineslərə uyğun gəlir.
ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, blokadaçı
donanmaya yaxınlaşan İran hücum gəmiləri vurulacaq. ABŞ prezidenti
İslamabadda danışıqların pozulmasından sonra aprelin 12-də Hörmüz
boğazının blokadaya alındığını elan edib.
Tehran bəyan edib ki, ABŞ-nin boğazı bağlamaq cəhdləri "uğursuzluğa
məhkumdur" və İran buna yol verməyəcək.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.