ABŞ prezidenti Donald Tramp ötən həftə İranla ikihəftəlik atəşkəs
elan etdi, İranın Hörmüz boğazını açmağa razılıq verdiyini
bildirdi.
Ancaq tərəflər həftəsonu İslamabadda razılığa gələ bilmədilər. İndi
ABŞ Hörmüzdə İran limanlarına gedib-gələn gəmilərə blokada tətbiq
etməklə hədələyir.
Dünyada neftin və mayeləşdirilmiş qazın təxminən 1/5-i Hörmüzdən
keçir.
Fevralın 28-də ABŞ və İsrail İrana zərbələrə başlayandan az sonra
İran Hörmüzü
faktiki bloklayıb. Boğazdan daşımalar kəskin azalıb,
bu isə neft və qazı bahalandırıb.
Hər gəmiyə 2 milyon dollar
İran istəyir ki, istənilən sülh razılaşmasına Hörmüzdən keçən
gəmilərdən rüsum toplamaq hüququ salınsın. Boğazın eni ən dar
nöqtədə cəmi 38 kilometrdir. Bu su yolundan keçən bütün gəmilər ya
İranın, ya da Omanın ərazi sularından istifadə etməlidir.
İran rəsmiləri "The New York Times" qəzetinə deyiblər ki, rüsum hər
gəmi üçün 2 milyon dollara qədər ola bilər, bu məbləğ Omanla
bölüşdürüləcək. Müharibədən öncə hər gün boğazdan təxminən 130 gəmi
keçirdi. Bu, İran üçün böyük gəlir mənbəyi ola bilər. Ancaq
qanunidirmi? AzadlıqRadiosunun data jurnalisti İvan Qutterman bu
suala cavab axtarıb.
BMT-nin Dəniz Hüququ Konvensiyasına (UNCLOS) görə, gəmilər Hörmüz
boğazından pulsuz keçməlidir. Konvensiya açıq dənizin və ya
müstəsna iqtisadi zonanın bir hissəsini digəri ilə birləşdirən
boğazlardan keçən gəmilərə müdaxiləyə, rüsum tətbiqinə icazə
vermir. İran bu konvensiyanı imzalasa da, ratifikasiya etməyib.
ABŞ formal olaraq bu konvensiyanın tərəfi deyil, ancaq onun bir çox
müddəalarını adi beynəlxalq hüquq kimi tanıyır. Vaşinqton nəinki bu
qaydalara əməl edir, naviqasiya azadlığını da aktiv müdafiə
edir.
Bir ilə 4 milyard dollar gəlir
Bəzi ölkələr digər strateji boğazlardan istifadə üçün rüsum
toplayır. Ancaq məsələ həmin keçidin necə təsnif olunmasındadır.
UNCLOS beynəlxalq naviqasiya üçün istifadə olunan təbii boğazları
əhatə edir. Süni kanallar isə başqa müqavilələrlə tənzimlənir.
UNCLOS qüvvəyə minməzdən öncə mövcud beynəlxalq razılaşmalarla
tənzimlənən boğazlar da konvensiyanın təsirinə düşmür. Beləliklə,
üç kateqoriya yaranır: kanallar, əvvəlcədən razılaşdırılmış
boğazlar və UNCLOS ilə tənzimlənən boğazlar. Yalnız sonuncular
pulsuz olmalıdır.
Misir 2024-cü ildə Süveyş kanalından keçən 13 min 213 gəmidən
təxminən 4 milyard dollar gəlir əldə edib. Bu kanal süni su
yoludur. Onu UNCLOS deyil, 1888-ci il Konstantinopol Konvensiyası
tənzimləyir və Misirə rüsum təyin etmək hüququ verir. Panama kanalı
da eyni qaydada işləyir.
Türkiyə isə Bosfor və Dardanel boğazlarından keçid üçün rüsum
toplayır. Bu keçidlər UNCLOS deyil, 1936-cı il Montrö Konvensiyası
ilə tənzimlənir.
"Ödəniləsi rüsum deyil"
Hörmüzdə rüsum tətbiq olunarsa, bu, UNCLOS-a daxil boğazlar
arasında ilk belə hal ola bilər. Regionda, xaricdə bəzi ölkələr
atəşkəsi alqışlasalar da, belə rüsuma qarşı çıxıblar.
Qətər boğazdan böyük ixracatçı ölkələrdən biridir. Xarici İşlər
Nazirliyi beynəlxalq hüquq qaydalarına uyğun olaraq beynəlxalq
naviqasiya və ticarət azadlığının təmin edilməsinin vacibliyini
vurğulayıb. Avropa Komissiyasının nümayəndəsi də bildirib ki,
naviqasiya azadlığı heç bir ödəniş və rüsum olmadan təmin
olunmalıdır.
Dünya üzrə dəniz neft daşımalarının təxminən 22 faizi Malakka
boğazından keçir. Bu boğaza keçmək üçün gəmilər Sinqapur, Malayziya
və ya İndoneziyanın ərazi sularına daxil olmalıdır.
UNCLOS-a görə, bu boğazdan keçid pulsuzdur. Sinqapur bəyan edib ki,
Hörmüzdən keçid üçün İranla danışıqlara getməyəcək.
"Tranzit keçid hüquqdur, sahilyanı dövlətin verdiyi
imtiyaz deyil… Bu, ödəniləsi rüsum deyil", – ölkənin
xarici işlər naziri aprelin 7-də deyib.
Tramp deyib ki, Hörmüzdə rüsum ABŞ və İran arasında "birgə layihə"
kimi gerçəkləşə bilər. İ.Qutterman yazır ki, ABŞ belə bir rüsumun
tətbiqinə razılıq versə, bu, Vaşinqtonun naviqasiya azadlığı üzrə
onilliklərdir qüvvədə olan siyasətində dəyişiklik siqnalı verər. Bu
isə Cənubi Çin dənizi üzərində daha çox nəzarətə can atan Çin kimi
ölkələri ruhlandıra bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.