Şahin Şıxlinski 24 il həbsə məhkum edilib
Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə işi üzrə sərt rejimli koloniyada 9 il müddətinə həbsə məhkum edilib. Bu barədə Yekaterinburqun Kirov rayon Məhkəməsi hökm çıxarıb.

Daha öncə Ş.Şıxlinski qətl və qətl cəhdinə görə 22 il həbs cəzasına məhkum edilmişdi. Onun ümumilikdə 24 il həbsdə saxlanması barədə hökm çıxarılıb.

Şıxlinski və onun oğlu Mütvəlı 2025-ci ilin iyulunda hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə işi üzrə ittiham olunurdular. Xüsusi təyinatlı qüvvələrin əməkdaşları Şıxlinskini oğlunun idarə etdiyi avtomobildən çıxarmağa çalışarkən, sürücü maşını qəfil geri sürmüş, FSB əməkdaşlarından biri yıxılmışdı.

M.Şıxlinski bildirib ki, həmin şəxsi qəsdən vurmayıb. Məhkəmə onu cəzasını ümumi rejimli koloniyada çəkməklə 8 il həbs cəzasına məhkum edib.


6 mart
Şahin Şıxlinskiyə 22 il həbs cəzası kəsilib

Yekaterinburqda məhkəmə Azərbaycan diasporunun yeddi üzvünü sərt rejimli koloniyada 10 ildən 22 ilədək həbsə məhkum edib. Kirov rayon Məhkəməsinin çıxardığı qərar 2001-2011-ci illərdə törədilmiş qətllərlə bağlıdır. Xəbəri Rusiyanın bir sıra xəbər agentlikləri, o cümlədən "Mediazona" yayıb.

Diasporun keçmiş rəhbəri Şahin Şıxlinski 22 il ciddi sərt koloniya cəzasına məhkum edilib. Bakir Səfərova 10 il, Məzahir Səfərova 13 il, Şücaəddin Rəcəbov və Kamal Səfərova 14 il, Ayaz Səfərova 20 il, Akif Səfərova isə 21 il həbs cəzası kəsilib.

Onlar əsasən 2001, 2010, 2011-ci illərdə yerli sahibkarlara qarşı qətllər və qətl cəhdləri ilə bağlı ittiham olunublar. İstintaqın versiyasına görə, cinayətlərə biznesdə təsir dairələrinin bölüşdürülməsi, diaspor daxilində liderlik uğrunda mübarizə səbəb olub.

E1 portalı Şıxlinskini şəhərdəki "iki ən nüfuzlu azərbaycanlıdan biri" adlandırır. Nəşr

onun Sverdlovsk vilayətinin Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin prezidenti Vidadi Mustafayevlə münaqişəsi olduğunu bildirirdi. Sverdlovsk vilayətində təxminən 100 min etnik azərbaycanlının yaşadığı deyilir.

Ş.Şıxlinski daha bir iş üzrə də təqsirləndirilir: o, oğlu Mütvəli ilə birlikdə polis əməkdaşına zor tətbiqində ittiham olunur.

2024-cü il iyunun sonunda Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburq şəhərində əslən Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

Bakı o zaman günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Azərbaycan Baş Prokurorluğu "Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının törətdiyi işgəncə və xüsusi amansızlıqla iki və daha çox şəxsin qəsdən öldürülməsi" üzrə cinayət işi açıb.

Bundan öncə isə Bakı və Moskvanın əlaqələrində böhran yaranmışdı. Buna AZAL təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin səhvi nəticəsində qəzaya uğraması səbəb olmuşdu.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google