Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin
əməkdaşları, keçirilmiş istintaq hərəkətləri nəticəsində narkotik
cinayəti ittihamı ilə 4 nəfəri saxlayıblar.
Saxlanılan şəxslər xüsusilə külli miqdarda narkotik vasitələrin
qanunsuz əldə edilməsi, saxlanılması, satışına yardım edilməsi və
tərkibində narkotik vasitə olan bitkilərin qanunsuz
kultivasiyasında ittiham olunurlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin
şəxsi və yaşayış evlərinə baxış zamanı satış üçün hazırlanmış
xüsusilə
külli miqdarda narkotik vasitələri, o cümlədən 90 bağlama
qablaşdırılmış "tetrahidrokannabinol" və 33 ədəd "çətənə" bitkisini
maddi sübut kimi götürüblər.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslərdən ikisi yaşayış
evlərində tərkibində narkotik vasitə olan bitkilərin qanunsuz
əkilməsi və yetişdirilməsi üçün xüsusi istixanalar qurub.
İstintaq hərəkətləri çərçivəsində polis həmçinin narkotik
vasitələrin qablaşdırılması və kultivasiyası üçün lazım olan
materialları da götürüb. Faktla bağlı araşdırma Gürcüstan Cinayət
Məcəlləsinin 260-cı, 260-cı kvarta (dördüncü) və 265-ci prima
maddələri ilə aparılır ki, bu da cəza olaraq 20 ilədək və ya
ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.