Tbilisidə gənclərin fərdi inkişafına həsr olunmuş "İnkişaf üçün düşünək" adlı tədbir keçirilib
Aprelin 12-də Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində gənclərin fərdi inkişafına həsr olunmuş maarifləndirici görüş keçirilib. "İnkişaf üçün düşünək" adlı bu tədbir "Parlaq Gələcək Gənclər Mərkəzi" və "FilAra" Təhsil və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, eləcə də Filiz Abdullayeva və Araz Musayevin təşəbbüsü ilə reallaşıb.

Təşkilatçıların sözlərinə görə, layihənin əsas məqsədi gəncləri intellektual müzakirələrə cəlb

etmək və onların fərdi inkişafına dəstək olmaqdır.

“İnkişaf üçün düşünək” adını daşıyan bu maarifləndirici tədbir gənclər arasında böyük maraqla qarşılandı. Görüş zamanı gənclər fəlsəfi suallar ətrafında maraqlı diskussiyalar aparıb, müasir məsələlərə öz innovativ yanaşmalarını nümayiş etdirdilər. Səmərəli keçən müzakirələrdən sonra tədbirdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olundu”.

Təşkilatçıların verdiyi məlumata görə, gənclərin inkişafına yönəlmiş bu formatda görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google