Bu ilin birinci rübündə Azərbaycanla Çin arasında ticarət
dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə
7.3 faiz artaraq 1 milyard 103 milyon ABŞ dollarını üstələyib.
Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına görə, Çindən
Azərbaycana idxal 6.9 faiz artaraq 1 milyard 74 milyon dollar
təşkil edib. Çin 2024-cü ildən etibarən Azərbaycanın idxal
tərəfdaşları arasında Rusiyanı geridə qoyaraq
birinci yerə
yüksəlib.
Azərbaycandan Çinə ixrac edilən məhsulların dəyəri 25.2 faiz
artaraq 29 milyon dollara çatıb.
Çinlə ticarət əməliyyatları ölkənin ümumi dövriyyəsinin 11.73
faizini təşkil edir.
Ümumilikdə isə Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin
müvafiq dövründəki 12 milyard dollardan 9.4 milyard dollara qədər
geriləyib.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi
baxımdan yaxınlaşma müşahidə olunur. 2024-cü il iyulun 3-də
"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında
strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul
edilib. Ötən il də "Azərbaycan ilə Çin arasında ümumvətəndaş
pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi
haqqında Saziş" qüvvəyə minib.
Son aylar isə iki ölkə qurumları arasında birgə investisiya
fondunun yaradılması ilə bağlı addımlar atılır.
Müxalifət hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri
genişləndirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək
lazımdır.
Üstəlik, onların fikrincə, Çinlə yaxınlaşma ABŞ ilə əməkdaşlığa
xələl gətirə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.