Tsalkada merin nümayəndəsi rüşvət ittihamı ilə saxlanılıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti Tsalka bələdiyyəsində korrupsiya faktı aşkarlayıb.


Rüşvət aldığına görə Sameba inzibati ərazi vahidliyində merin nümayəndəsi saxlanılıb.

"İstintaqla müəyyən edilib ki, dövlət məmuru vətəndaşlara saxta arayışlar vermək üçün öz xidməti vəzifə səlahiyyətlərindən istifadə edib. Belə ki, təqsirləndirilən şəxs 20 ton kartofun mənşəyi barədə saxta sənədlərin hazırlanması və satılması müqabilində rüşvət olaraq 1 000

lari alıb", -
Maliyyə Nazirliyinin bəyanatında deyilir:

Hüquq-mühafizə orqanlarının əməkdaşları dövlət məmurunu cinayət əməlini həyata keçirərkən yaxalayıblar. Həmin şəxsi 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Rüşvət olaraq alınan məbləğ maddi sübut kimi götürülüb.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google