Ermənistan hakimiyyəti ölkənin Rusiyanın rəhbərlik etdiyi ticarət
blokundan nə vaxt çıxacağına dair konkret tarix açıqlamır.
Xarici işlər naziri Ararat Mirzoyan mayın 12-də bildirib ki,
Yerevan "nə vaxtsa" Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaqla
Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət etmək arasında
seçim etməli olacaq.
"Bu seçimin nə olacağını bilmirik. Aydındır ki, eyni
anda həm Aİİ-də, həm də Avropa İttifaqında üzv olmaq olmaz.
Hal-hazırda bu məsələ gündəmdə deyil", – deyə
Mirzoyan Yerevanda seçki kampaniyası zamanı jurnalistlərə
açıqlayıb.
Baş nazir Nikol Paşinyanın hökuməti bir il əvvəl Ermənistanın Aİ-yə
üzvlüyünü hədəfləyən qanunu qəbul edib. Lakin Yerevan hələ rəsmi
müraciət etməyib. Aİ-yə üzv dövlətlərin heç biri də bu perspektivə
açıq dəstək verməyib.
Putindən xəbərdarlıq
Moskva dəfələrlə xəbərdarlıq edib ki, Ermənistan Rusiya bazarına
güzəştli giriş hüququnu və iqtisadiyyatı üçün strateji əhəmiyyət
daşıyan ucuz Rusiya qazını itirmək riski ilə üzləşə bilər. Rusiya
prezidenti Vladimir Putin ötən həftəsonu Yerevanın iki blok
arasında "mümkün qədər tez" seçim etməli olduğunu vurğulayıb.
"Fikrimcə, həm Ermənistan vətəndaşları, həm də onların
əsas iqtisadi tərəfdaşı olan bizim üçün ən qısa zamanda qərar qəbul
etmək doğru olardı. Məsələn, referendum yolu ilə. Bu bizim işimiz
deyil, lakin referendum keçirib ermənilərin seçimini öyrənmək
tamamilə məntiqlidir. Biz də buna uyğun olaraq nəticələr çıxarar,
mülayim, nəzakətli və qarşılıqlı faydalı ayrılıq yoluna qədəm
qoyardıq", – deyə Putin bildirib.
Putin bu sözləri Yerevanın iki Avropa sammitinə ev sahibliyi
etməsindən cəmi bir neçə gün sonra deyib. Sammitlərdə xüsusilə
Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı Moskvanın
qəzəbinə səbəb olub.
"Söhbət iki stuldan yox, 22 stuldan gedir"
Rusiya XİN-in yüksək vəzifəli rəsmisi Mixail Kaluqin də mayın 12-də
Putinin mövqeyini dəstəkləyib. Onun sözlərinə görə, Ermənistan
rəhbərliyi Aİİ üzvlüyünü artıq "alternativ ittifaq axtarışında
müvəqqəti dayaq nöqtəsi" kimi görə bilməz.
"Sadə dillə desək, eyni anda iki stulda oturmaq
olmaz", – Kaluqin TASS-a müsahibəsində deyib.
Mirzoyan isə cavab olaraq bildirib:
"Ermənistan indi
oturmur, ayaqdadır, inkişaf edir və irəliləyir. Alleqoriya ilə
desək, söhbət iki stuldan yox, 22 stuldan gedir".
Ermənistan hökumətinin məlumatına görə, ötən il ölkənin xarici
ticarətinin 35.8 faizi Rusiyanın, 11.7 faizi isə Avropa İttifaqının
payına düşüb. Rusiya Cənubi Qafqaz ölkəsinin əsas ixrac bazarı
olaraq qalır. Bundan başqa, Yaxın Şərqdəki müharibənin qiymətlərə
təsirindən əvvəl də Ermənistana satılan Rusiya qazının qiyməti
beynəlxalq bazar səviyyəsindən xeyli aşağı idi.
AzadlıqRadiosunun erməni xidmətinin yazdığına görə, Paşinyanın
siyasi rəqibləri illərdir onun xarici siyasətini təhlükəli
adlandırır və Aİ-nin real iqtisadi və təhlükəsizlik alternativləri
təklif etmədiyini vurğulayırlar. Bir qismi isə iddia edir ki,
Paşinyan 7 iyun parlament seçkilərində qalib gələrsə, Ermənistan
Rusiyanın ağır sanksiyaları ilə üzləşəcək.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.