Kəşfiyyat: İran raket gücünü itirməyib – Tramp 'xəyanət' dedi
ABŞ kəşfiyyatının yeni qiymətləndirmələrinə görə, İran Birləşmiş Ştatlar və İsrail ilə aylarla davam edən silahlı münaqişəyə baxmayaraq, strateji raket imkanlarının əhəmiyyətli hissəsini qoruyub saxlayıb.

"The New York Times" və "The Washington Post" qəzetlərinin yazdığına görə, Tehran müharibədən əvvəlki raket arsenalının və mobil buraxılış qurğularının təxminən 70 faizini hələ də əlində saxlayır. Bundan başqa, İslam Respublikasının Hörmüz boğazı yaxınlığındakı

strateji obyektlər də daxil olmaqla, yeraltı raket bazalarının 3/4-ü üzərində nəzarəti yenidən bərpa etdiyi bildirilir.

Bu məlumatlar Tramp administrasiyasının İranın hərbi cəhətdən, demək olar ki, çökdürülməsi ilə bağlı iddiaları ilə kəskin ziddiyyət təşkil edir.

ABŞ prezidenti Donald Tramp İranın hələ də döyüş qabiliyyətini qoruduğuna dair xəbərləri "saxta xəbərlər" adlandıraraq kəskin tənqid edib. O, mayın 12-si axşam "Truth Social" platformasında etdiyi paylaşımda bu cür məlumatları "faktiki XƏYANƏT" kimi dəyərləndirib. Tramp, konkret hansı xəbərləri nəzərdə tutduğunu açıqlamayıb.

Bu açıqlamalar münaqişənin sona çatdırılması ilə bağlı danışıqların dayandığı, Vaşinqtonda isə müharibənin maliyyə yükü ətrafında mübahisələrin gücləndiyi bir dövrə təsadüf edir.

Mayın 12-də müdafiə naziri Pit Heqset müharibənin ABŞ-nin sursat ehtiyatlarını təhlükəli həddə azaltdığı barədə iddiaları qətiyyətlə rədd edib. "Bizə lazım olan hər şeydən yetərincə var", - deyə o vurğulayıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google