ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Hörmüz boğazının açıq qalmasının vacibliyini bəyan ediblər
Ağ evin məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Hörmüz boğazının açıq qalmasının vacibliyini bəyan ediblər. Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri Tehran bu strateji su yolunu faktiki olaraq bağlayıb. Hərbi əməliyyatlara qədər dünyadakı neft və mayeləşdirilmiş qaz (LNG) tədarükünün 20 faizi məhz bu marşrut vasitəsilə daşınırdı.

Çin tərəfinin

yaydığı rəsmi açıqlamada isə Hörmüz boğazının adı birbaşa çəkilmir. Orada sadəcə iki liderin Yaxın Şərq, Ukrayna və Koreya yarımadası kimi ümumi mövzular barədə danışdığı bildirilir.

Çin hazırda İran neftinin ən böyük alıcılarından biridir və Tehran rejimi ilə sıx tərəfdaşlıq münasibətlərinə malikdir. Buna görə də Vaşinqton istəyir ki, Pekin öz təsir rıçaqlarını işə salaraq İranı genişmiqyaslı sülh sazişini qəbul etməyə və Hörmüzdəki dəniz məhdudiyyətlərini yumşaltmağa razı salsın.

Amma Tramp Vaşinqtondan yola düşməzdən əvvəl ABŞ-nin bu münaqişənin həllində Çinin köməyinə ehtiyacı olduğu barədə iddiaları kəskin rədd edərək "İran məsələsində heç bir köməyə möhtac deyilik", — deyə cavab vermişdi.

"İran mövzusu ilə bağlı pərdəarxası çox ciddi və gərgin müzakirələrin aparılacağını gözləyirəm. Lakin bunun açıq şəkildə bəyan ediləcəyini düşünmürəm. Çünki bu cəhdlər nəticəsiz qalacağı təqdirdə Çin üçün ciddi reputasiya riski yarana bilər", — deyə "American Enterprise Institute"un eksperti İvon Çiu AzadlıqRadiosuna mövzunu şərh edib.

Görüşün sonunda Tramp Sini sentyabrın 24-də Ağ evə rəsmi səfərə dəvət edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google