İranın xarici işlər naziri Abbas Əraqçi mayın 14-də bildirib ki,
Hörmüz boğazı İranın dəniz
qüvvələri ilə əməkdaşlıq edən bütün ticarət gəmiləri üçün
açıqdır.
Fevralda ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlara
başlamasından az sonra Tehran bu strateji su yolunu nəzarətə
götürüb. Boğaz faktiki olaraq bağlanıb, mülki gəmilərə qarşı
təhdidlər və hücumlar qeydə alınıb.
Əraqçi Yeni
Dehlidə BRICS sammiti çərçivəsində jurnalistlərə deyib
ki, boğaz
"ABŞ-nin təcavüzündən və blokadasından
əziyyət çəkir".
Bu açıqlamadan bir neçə saat əvvəl Hindistan Oman sahillərində öz
bayrağı altında üzən gəmiyə mayın 13-də edilən hücumu
pisləmişdi.
ABŞ təxminən bir aydır ki, İran limanlarından çıxan gəmilərə dəniz
blokadası tətbiq edir. Məqsəd İranın neft gəlirlərinə təzyiq
göstərməkdir. ABŞ Mərkəzi Komandanlığı bu müddət ərzində İran
limanlarından çıxmağa cəhd edən onlarla gəminin qarşısının
alındığını və ya marşrutunun dəyişdirildiyini bildirib.
Mayın 14-də Pekində keçirilən görüşdən sonra Çin lideri Si Cinpin
və ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açıq qalmasının
vacibliyini vurğulayıblar. Çinin enerji idxalı da birbaşa bu
boğazdan asılıdır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.