Ölkə üzrə silah və narkotik vasitələrin qanunsuz saxlanılması ittihamı ilə 5 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Patrul Polisi, Tbilisi, Acariya və İmereti Polis Departamentlərinin əməkdaşları profilaktik polis tədbirləri çərçivəsində müxtəlif vaxtlarda qanunsuz odlu silah və döyüş sursatının əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə 5 nəfəri saxlayıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində aparılan axtarışlar nəticəsində müxtəlif növ odlu silahlar, döyüş sursatı və daraqlar maddi

sübut kimi götürülüb.

Saxlanılan şəxslərdən birindən həmçinin narkotik vasitə də aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələri üzrə aparılır. Qanunvericiliyə əsasən, bu əməllər 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google