FTB keçmiş agentinin tutulmasına görə 200 min dollar vəd edir
ABŞ Federal Təhqiqat Bürosu (FTB) İranın xeyrinə casusluqda ittiham olunan keçmiş əks-kəşfiyyat agentinin yaxalanmasına kömək edəcək məlumat üçün 200 min dollar mükafat elan edib.

FTB-nin mayın 14-də yaydığı bəyanata əsasən, hələ 2019-cu ilin fevralında böyük federal jüri ABŞ ordusunun keçmiş əməkdaşı və əks-kəşfiyyat agenti Monika Vitti casusluqda ittiham edib. Onun ABŞ-nin milli müdafiəsinə dair yüksək məxfi

məlumatları İran hökumətinə ötürdüyü bildirilir.

Büronun məlumatında Vittin 2013-cü ildə rəsmi olaraq İrana qaçdığı qeyd olunur. İttiham aktına görə, o, Tehran rejimini strateji məlumatlarla təmin edərək ABŞ-nin həssas, eləcə də məxfi milli müdafiə sənədlərinə və xüsusi proqramlarına ciddi təhlükə yaradıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google