“Sizin hansı planınız var?” – Tbilisi Avropanın “demokratik geriləməsindən, iqtisadi durğunluğundan” narahatdır

Mayın 19-da İrakli Kobaxidze Gürcüstan hökuməti adından Avropa strukturlarına – Avropa Komissiyasına, Avropa Şurasına və Avropa Parlamentinə – açıq şəkildə bir sıra suallarla müraciət edib.


Lakin o bildirib ki, “cavab gözləmir”.

“Gürcü Arzusu” hökumətinin başçısının sözlərinə görə, komanda daxilində aparılan məsləhətləşmələrdən sonra açıq məktubla müraciət etmək qərarı verilib, çünki Brüssel onlarla siyasi dialoqu dayandırıb.

Məktubun

ünvanlandığı şəxslər bunlardır:
• Ursula fon der Lyayen, Avropa Komissiyasının prezidenti;
• Antonio Koşta, Avropa Şurasının prezidenti;
• Roberta Metsola, Avropa Parlamentinin prezidenti.

Kobaxidzenin Avropa İttifaqına sualları
Müraciət Gürcüstanın “Avropa dəyərlərinə əsaslanan ölkə” olduğu və “tarixi, mədəni və dəyər baxımından Avropa məkanının bir hissəsi” olduğu fikrinin təkrarlanması ilə başlayır.

Daha sonra məktubda Danimarkanın paytaxtı Kopenhagendə “polis tərəfindən nümayişçilərə qarşı zorakılıq” pislənir. İrakli Kobaxidze Avropa liderlərini bu hadisəni qınamağa çağırır və sonra onlara belə suallar ünvanlayır:
• “Sizcə, demokratik geriləmə, iqtisadi durğunluq, miqrasiya böhranı, tarixi yaddaşın zəifləməsi, milli və gender kimliklərinin zəiflədilməsi və ictimai özünəməxsusluğun aşınması ilə əlaqəli proseslər Avropanı hara aparır?”
• “Bütün dünya üçün inkişaf, azadlıq və demokratiya nümunəsi sayılan Avropa necə bu qədər dərin dəyər böhranına düşdü və ümumiyyətlə, Avropa İttifaqı bu yolla hara gedir?”
“Gürcü Arzusu” hakimiyyəti bu sualları Avropa strukturlarına açıq şəkildə verir. Bu, son dövrlərdə Gürcüstanın hakimiyyətə yaxın mediasında Avropa İttifaqına üzvlüyün zəruriliyi ilə bağlı artan müzakirələr fonunda baş verir.

“Gürcüstan – Avropa İttifaqına namizəd statusuna malik Avropa ölkəsi – sizdən aydın cavab gözləyir”, – deyə Kobaxidze bildirib və sualı belə formalaşdırıb:
“Avropa İttifaqının hansı planı var, birlik daxilində hadisələr hansı istiqamətdə inkişaf edir və bu narahatedici proseslərin son nəticəsi nə olacaq?”

“Cavab verəcək heç nə yoxdur” – Kobaxidze
Demokratik normaların pozulmasına görə Avropa İttifaqı tez-tez Gürcüstan hakimiyyətini də tənqid edir. Gürcüstan isə cavabında bildirir ki, “daxili işlərə qarışan” Avropa İttifaqı öz ərazisindəki polis zorakılığı, islamofobiya, korrupsiya və etirazların boğulması ilə məşğul olmalıdır.

“İmedi” telekanalının jurnalistinin “Cavab alacağınıza ümid edirsinizmi?” sualına Kobaxidze belə cavab verib:
“Əlbəttə, mən cavab gözləməzdim, çünki onların cavab verəcək heç nəyi yoxdur.”

Kobaxidze bildirib ki, Avropa İttifaqı rəhbərliyi “bütün birlik miqyasında müşahidə olunan geriləməni yaxşı anlayır” və “onlar üçün bu artıq normal bir hadisəyə çevrilib”.

• 8 may 2026-cı ildə, 9 mayda qeyd olunan Avropa Günü münasibətilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstandakı Avropa İttifaqı səfiri Pavel Herçinskiyə məktub göndərib;
• Şalva Papuaşvili geniş müraciətində Avropa İttifaqının Gürcüstana münasibətdə mövcud siyasətini tənqid edib və Avropanı “Avropa İttifaqının qurulduğu ilkin ideallara – sülhə, birliyə, əməkdaşlığa və milli kimliklərə hörmətə” qayıtmağa çağırıb;
• 9 mayda, Avropa Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Pavel Herçinski təəssüf hissi ilə bildirib ki, son dövrdə Gürcüstan Avropa İttifaqına doğru irəliləyişini dayandırıb və davam edən anti-Avropa ritorikası “illərlə qurulan dostluğa və nəsillərin ümidlərinə daha da çox zərər vurur”.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google