Mayın 19-da NATO-ya məxsus hərbi təyyarə Estoniya üzərində
Ukraynaya aid olduğu ehtimal edilən dronu vurub.
Məlumatı Estoniya yayıb. Bu, Ukraynanın Rusiyaya hücumları fonunda
regionda hava məkanının növbəti pozuntusudur.
Eyni zamanda qonşu Latviya da dron təhlükəsi səbəbindən Rusiya
sərhədinə yaxın ərazilərdə yaşayan əhaliyə evdən çıxmamağı məsləhət
görüb.
Latviya ordusunun məlumatına görə, NATO-nun Baltik Hava Patrulu
missiyasına aid qırıcılar bölgəyə göndərilib.
Ukrayna Rusiyaya, o cümlədən Baltik regionu yaxınlığına
uzaqmənzilli dron hücumlarını artırıb. Martdan bəri Ukraynaya
məxsus bir neçə dron Rusiya ilə sərhəddə yerləşən NATO üzvləri –
Finlandiya, Latviya, Litva və Estoniyanın hava məkanına daxil olub.
Ötən həftə Latviya hökuməti məhz bu insidentlərə qarşı vaxtında
lazımi tədbirlər görə bilmədiyi üçün istefa verib.
Yaranmış gərginlik fonunda Ukrayna prezidenti Volodimir Zelenski
ötən həftə Kiyevin Latviya səmasının qorunmasına dəstək məqsədilə
bu ölkəyə xüsusi mütəxəssislər göndərəcəyini bəyan edib.
Finlandiya rəsmiləri mayın 15-də paytaxt regionunda şübhəli PUA
fəaliyyəti barədə məlumat yayaraq insanlara evdə qalmağı tövsiyə
edib. Həmin gün Helsinki hava limanında uçuşlar üç saatlıq
dayandırılıb. Finlandiya Müdafiə Qüvvələri qırıcı təyyarələri və
operativ xidmətləri səfərbər etsə də, heç bir dron
aşkarlanmayıb.
Dron insidentindən sonra Latviyanın müdafiə naziri vəzifədən
kənarlaşdırılıb
Latviyanın müdafiə naziri Andris Spruds ötən həftə Rezekne
şəhərində neft bazasına dron düşməsi ilə əlaqədar vəzifəsindən
kənarlaşdırılıb.
Ölkənin baş naziri Evika Silina mayın 10-da Sprudsun istefasını
tələb edib. Latviya mediasının yazdığına görə, baş nazir müdafiə
nazirinin onun və cəmiyyətin etimadını itirdiyini bildirib. Bundan
12 dəqiqə sonra keçirilən mətbuat konfransında Spruds istefasını
açıqlayıb.
Hakim koalisiyanın kiçik tərəfdaşı olan "Proqressivlər" partiyasını
təmsil edən nazir dronun vurulmamasına görə məsuliyyətini etiraf
edib və istefa qərarı qəbul olunarsa, buna hörmətlə yanaşacağını
bildirib. Məsələnin mayın 11-də baş nazirlə görüşdə müzakirə
olunacağı gözlənilsə də, Silina bunu gözləməyib. "Delfi"nin
məlumatına görə, o, müdafiə naziri postuna hərbi əməkdaşlıq üzrə
ştatdankənar müşaviri, əvvəllər isə Müdafiə Nazirliyinin
Ukraynadakı nümayəndəsi olmuş polkovnik Raivis Melnisi namizəd
göstərib.
Latviya hərbçiləri ölkənin hava məkanına daxil olan dronları
təhlükəsizlik səbəbləri ilə vurmadıqlarını bildiriblər. Spruds isə
"dronları vurmaq lazımdır" deyərək bunun baş verməməsinə görə
qismən məsuliyyət daşıdığını vurğulayıb.
Ötən həftə Rusiyadan Latviya ərazisinə üç-beş dron keçib. Bunların
Rusiyadakı hədəflərə zərbələr endirmək üçün göndərilmiş Ukrayna
dronları olduğu təsdiqlənib. Ukraynanın xarici işlər naziri Andrey
Sibiqa deyib ki, "araşdırma Rusiya radioelektron mübarizə
sisteminin Ukrayna dronlarını qəsdən Rusiyadakı hədəflərdən
yayındırdığını təsdiqləyib".
Bundan əvvəl Estoniya ilə bağlı oxşar insidentlər baş verib. Rəsmi
Riqa bildirib ki, Ukrayna belə halların qarşısını almaq üçün daha
çox addım ata bilər.
Latviyada dron həyəcanı: Ukrayna PUA-sı neft bazasına çırpılıb
Mayın 7-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya 102 dron buraxıb,
onlardan 92-si zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı
Qüvvələri məlumat yayıb.
Mayın 7-də səhər Rusiya istiqamətindən gələn iki dron Latviyanın
hava məkanına keçərək sərhəd yaxınlığında yerə düşüb. Bu barədə
"Delfi" nəşri ölkənin Milli Silahlı Qüvvələrinə istinadən məlumat
yayıb.
İnsident Ukrayna dronlarının Rusiyadakı hədəflərə zərbələr
endirdiyi bir vaxtda qeydə alınıb. Latviyanın müdafiə naziri Andris
Spruds LSM telekanalına deyib ki, ilkin ehtimala görə, bu dronlar
Ukrayna tərəfindən Rusiyada hədəfləri vurmaq üçün buraxılıb. Nazir
əlavə edib ki, hadisə ilə əlaqədar NATO-nun Baltikyanı ölkələr üzrə
hava patrulu missiyasının qırıcıları havaya qaldırılıb.
Latviyanın Dövlət Yanğın və Xilasetmə Xidməti Rezekne şəhərindəki
neft bazasında mümkün yanğınla bağlı bir neçə məlumat aldığını
açıqlayıb. Xilasedicilər ərazidə açıq yanğın qeydə almasalar da,
zədələnmiş çənlərdən birində soyutma işləri aparıblar. Yerli rəsmi
dronlardan birinin "East-West Transit" şirkətinin filialının
ərazisində boş neft çəninə çırpıldığını deyib.
Latviya şərqdə Rusiya və Belarusla həmsərhəddir. Gecə saatlarında
sərhədyanı bölgələrin sakinlərinə hava məkanı ilə bağlı mümkün
təhlükə ilə bağlı mobil xəbərdarlıqlar göndərilib. Şahidlər səmada
mühərrik səsləri, qığılcım və partlayışa bənzər güclü gurultu
eşitdiklərini bildiriblər.
Latviyaya düşən ikinci dron hələ də axtarılır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.