Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak
olub, 20-dən çox insan yaralanıb.
Rəsmilərin iyunun 9-da verdiyi məlumata görə, Rusiya Xarkov
vilayətini raket və dronlarla vurub. Rusiyanın ilhaq etdiyi Krımda
isə dron hücumlarının dəf edildiyi bildirilir.
Son həftələr Rusiya və Ukrayna bir-birinə qarşı genişmiqyaslı
zərbələr endirir. Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə
müharibənin dayandırılmasına çağıraraq, ABŞ
və Avropanın fəal
iştirakı ilə Ukrayna ilə Rusiya arasında birbaşa dialoq təklif
edib.
Zelenski Londonda Kir Starmer, Emmanuel Makron və Fridrix Merts ilə
görüşlərdən sonra Kiyevə qayıdıb. Avropa liderləri atəşkəs
danışıqlarına dəstək verməyə hazır olduqlarını bildiriblər.
Zelenski ABŞ təmsilçiləri Stiv Uitkoff və Cared Kuşner ilə "müsbət"
söhbət etdiyini bildirib və onların yaxın həftələrdə müharibənin
həlli istiqamətində işləməyə hazır olduqlarını vurğulayıb.
Son bir ayda Rusiya Ukraynaya "Oreşnik" raketləri ilə zərbələr
endirib, Ukrayna isə Rusiyanın enerji infrastrukturuna hücumlarını
gücləndirib. Moskva və Kiyev döyüş meydanında üstünlük qazanaraq
diplomatik masada mövqelərini möhkəmləndirməyə çalışırlar.
ABŞ-nin vasitəçilik etdiyi sülh danışıqları bir müddətdir İranla
bağlı gərginlik səbəbindən dalana dirənib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.