İranın hərbi komandanlığı İsrailə qarşı zərbələri dayandırdığını
elan edərək bildirib
ki, Beyrutun Dahiyə bölgəsinə endirilən zərbələrin qarşılığında
İsrailə "ağrılı cavab" verilib. Bəyanatda həmçinin belə bir
xəbərdarlıq yer alıb ki, İsrailin hər hansı yeni hücumuna "xeyli
sərt və sarsıdıcı" cavab veriləcək.
Bu açıqlamadan az öncə ABŞ prezidenti Donald Tramp "Truth Social"
platformasında yazıb ki, "hər iki tərəf
– İsrail və İran dərhal
atəşkəs əldə etmək istəyir". O əlavə edib ki, ABŞ ilə İran arasında
sülh sazişi üzrə yekun danışıqlar davam edir, amma İran limanlarına
qarşı ABŞ blokadası yekun razılaşma əldə olunanadək qüvvədə
qalacaq.
"Səsləndirdiyi təhdidin etibarlılığını qorumaq
istəyirdi"
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı
birbaşa atəşkəs elan etməyib, əməliyyatın müəyyən şərtlərlə
tamamlandığını bildirib. Bəyanatda bu fasilə gərginliyin
azaldılması kimi deyil, müəyyən bir mesajın çatdırılmasının
tamamlanması kimi təqdim olunub.
Azadlıq Radiosunun İran üzrə yazarı Kian Şərifi yazır ki, bu
yanaşma Tehranın güc görüntüsünü qorumağa çalışdığını və
Vaşinqtonun təklif etdiyi çıxış yolundan yararlandığını
göstərir.
Zərbələr davam edərkən analitiklər də bunu proqnozlaşdırırdılar.
İran açıq şəkildə xəbərdarlıq etmişdi ki, Livandakı müttəfiqinin
yerləşdiyi Dahiyə bölgəsinə hücum olarsa, İsrailin şimalını
vuracaq. İsrail Beyrutun cənub ətrafına zərbə endirdikdən sonra
Tehran ya verdiyi təhdidi gerçəkləşdirməli, ya da gələcək
hədələrinin etibarlılığını itirməli idi.
"Bu addım əsasən İranın artıq ictimaiyyət qarşısında səsləndirdiyi
təhdidin etibarlılığını qorumaq məqsədi daşıyırdı. Cavablar
məhduddur, tərəflərin heç biri bunun tammiqyaslı müharibəyə
çevrilməsini istəmir", – Corc Vaşinqton
Universitetinin mühazirəçisi Məhəmməd Qaedi Azadlıq Radiosunun fars
xidmətinə müsahibəsində deyib.
İranın mesajı
Londonda yaşayan təhlilçi, keçmiş iranlı diplomat Mehrdad Xansari
də hadisələri bənzər şəkildə şərh edib. Onun fikrincə, Tehran hesab
edir ki, Vaşinqton yaxınlaşan BMT Baş Assambleyası, Hörmüz
boğazının bağlanması riski və qlobal iqtisadiyyata yönələn
təhdidlər fonunda İsrailə təzyiq göstərərək onun cavab tədbirlərini
məhdudlaşdırmağa çalışacaq.
"İran öz imkanlarını
nümayiş etdirir. Mesaj budur: Mövqeyim möhkəmdir, müttəfiqlərimi
müdafiə edirəm və zəiflik saydığınız vəziyyətdən sui-istifadə
etməyinizə imkan verməyəcəyəm", – Xansari
söyləyib.
K.Şərifi İranın bəyanatının bu məntiqə uyğun olduğunu yazır.
Bəyanat həm təmkin nümayiş etdirir, həm də gələcək mərhələ üçün
təhdidin səviyyəsini yüksəldir. "Əvvəlkindən xeyli sərt və
sarsıdıcı cavab" ifadəsi bugünkü geri çəkilmənin zəiflik kimi qəbul
edilməməsinə hesablanıb.
Fasilə davamlı olarsa, İran əvvəlki status-kvonu bərpa edəcək və
çəkindirmə qabiliyyətini formal olaraq qoruyub saxlayacaq. Tehran
açıq şəkildə verdiyi vədə əməl etdi, İsrailin mümkün cavabını qəbul
etməyə hazır olduğunu göstərdi və qarşıdurma nəzarətdən çıxmazdan
əvvəl dayandı.
Tramp: "Bütün qərarları mən verirəm"
İsrailin baş naziri Binyamin Netanyahu iyunun 8-də yaydığı qısa
videomüraciətində Tehran hücumları dayandırdıqdan sonra İrana qarşı
əməliyyatlara ara verildiyini bildirib. Bununla belə, o xəbərdarlıq
edib ki, Tehran
"bizə qarşı hücumları bərpa etmək
səhvinə yol verərsə, tam gücümüzlə cavab
verəcəyik".
Trampın paylaşımı tərəflərin dərhal atəşkəsə doğru meyl etdiyini
göstərir. Amma bu münaqişədə İsrail rəsmiləri bəzi hallarda
Vaşinqtonun xahişlərindən asılı olmayaraq, tamamilə müstəqil
hərəkət ediblər.
Tramp iyunun 7-də "The Financial Times" qəzetinə müsahibəsində
deyib ki, Netanyahunun ABŞ-nin İranla əldə edəcəyi istənilən
razılaşmanı qəbul etməkdən başqa seçimi olmayacaq.
"Bütün qərarları mən verirəm. Qərarları o
vermir", – Tramp vurğulayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.